İstər böyük, istərsə də kiçik hər kəsin sevdiyi çiyələk vitamin deposu olmaqla yanaşı, eyni zamanda bədən çəkisini azaltmağa yardımçıdır.
1-ci gün
Səhər – 100 qr. yoqurt və 100 qr. çiyələk
Ara – çiyələkli süd
Nahar – yağsız mal və ya toyuq əti, yaşıl salat
Axşam – çiyələkli azyağlı dondurma və ya çiyələkli süd kokteyli
2-ci gün
Səhər – çiyələk və yulafla hazırlanmış südlü sıyıq
Ara – 200 qr. çiyələk, 100 qr. kəsmik
Nahar – Soyutma balıq, yağsız və limonlu yaşıl salat
Axşam – çiyələk, alma və yoqurtla hazırlanan meyvə salatı
3-cü gün:
Səhər – 150 qr. yağsız kəsmik, 100 qr. çiyələk
Ara – çiyələkli dondurma
Nahar – soyutma toyuq filesi və kələm salatı
Şam – çiyələkli süd kokteyli
Qeyd edək ki, bu detoks pəhrizi sayəsində siz 2 gün ərzində bədən kütlənizdən asılı olaraq 3-5 kq çəki verə bilərsiniz. Bu müddətdə gündəlik 2 l su içməyi unutmayın.