SEVGI

Cütlükləri qeyri-rəsmi münasibətlərə təhrik edən səbəblər hansılardır?

Baxış sayı: 928

Qanunvericiliklə müəyyən edilmiş qaydada nikaha daxil olmadan ailə quran və ya birgəyaşayış münasibətlərində olan şəxslərin sayının artması, habelə nikahdankənar və tibb müəssisəsindən kənar yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi belə uşaqların hüquqlarının və qanuni maraqlarının yetərli səviyyədə müdafiəsinə imkan vermir.

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Maraqlıdır, cütlükləri qeyri-rəsmi münasibətlərə təhrik edən səbəblər hansılardır?

mehriban nesib

Məsələyə “Gencaile.az” saytı üçün münasibət bildirən sosioloq Mehriban Nəsib aşağıdakıları dedi: “Son illər qanunvericilyə daxil olmadan birgə yaşamağa qərar verən gənclərin və insanların sayı artıb. Bunun da bir çox səbəbləri var. Bu səbəblərdən biri və bəlkə də birincisi, gənclərin valideynlərinin məcburiyyəti ilə evlənməsi olur. Bir çox gənclər valideynlərinin məcburiyyyəti ilə evlənir, ata və anasının xoşuna gələn qızı evə gətirib “gəlin” edir, kənarda isə özünün sevdiyi qızla, qadınla yaşayır.

Səbəblərdən biri də cəmiyyətimizdə ən böyük problem olan “boşanmış qadınla evlənmək olmaz!” sindromudur. Yəqin ki, siz də dəfələrlə boşanmış qadınla ailə qurmaq istəyən subay oğlanların,  kişilərin yaşadığı problemlərin şahidi olmusunuz. Cəmiyyətimizdə “boşanmış qadın” etiketi gənclərimizin sevmədiyi qızlarla ailə qurması və ya sevdiyi qadınla ailə qurmadan vətəndaş nikahında yaşamasıdır.”

lacin M

Mövzuya dair fikirlərini bildirən psixoloq Laçın Məhərrəm isə bunları dedi:”Gənclər rəsmi nikahın məhdudiyyətlər və bir ömür boyu bu məhdudiyyətlərlə yaşamaq məcburiyyəti yaratdığını düşünür deyə vətəndaş nikahı ilə yaşamağa üstünlük verirlər. Bundan başqa, tərəflər ailə qurduqdan sonra kənar şəxslərin ailəyə müdaxilələrinin olmasının əlavə söz-söhbətlər yaratdığını, bunun da ailədə ikili münasibətlərə mənfi təsir etdiyini qeyd edir. Rəsmi nikah olmayanda isə kənar müdaxilələrin sayı xeyli azalır ki, bu da gənclərin bu varianta üstünlük verməsini şərtləndirir”

 

Təqdim etdi: Fateh




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir