tenhaliq

Yeniyetmə və gəncləri tənhalığa nə sürükləyir? – EKSPERT RƏYLƏRİ

Baxış sayı: 989

Aparılan araşdırmalar da onu göstərir ki, qloballaşan dünyada hər ötən il daha çox yeniyetmə və gənc özünü tənha hiss edir. Ekspertlərin fikrincə, dostları ilə əsasən telefon vasitəsilə ünsiyyətdə olanlar daha çox tənhadırlar.  Lakin son araşdırmaların nəticələrindən belə məlum olur ki, nəinki sosial mediada, hətta real həyatda da ünsiyyətdə  gənclər də getdikcə daha çox ətrafdan təcrid olurlar. Tənhalıq isə mental və fiziki sağlamlığa, uzunömürlülüyə təsir göstərən amillərdən biridir.

Bu günlərdə alman alimləri də bu qənaətə gəliblər ki, tənhalıq insan arzu olunanla real sosial münasibətlər arasında uyğunsuzluqla qarşılaşanda baş verir. Bu vəziyyət yetkinlik dövründə – 18-29 yaşlarında, dostluq və romantik əlaqələrin formalaşmasının xüsusilə əhəmiyyətli olduğu zaman öz pik həddinə çatır.

Məlum olub ki, tənhalığın artması həm amerikalılar, həm də Avropa və Asiya ölkələrinin sakinləri arasında müşahidə olunub. Bu həm yeniyetmə və tələbələrə, həm işləyən insanlara, həm də işsizlərə aiddir. Amma maraqlıdır ki, 2012-ci ildən sonra tənhalıqda ciddi artım müşahidə olunmayıb ki, bu da səbəblər sırasında internet və smartfonların olması ehtimalını şübhə altına alır. O da bildirilir ki, bu gün gəncləri tənhalığa sövq edən səbəblər hələ tam aydın deyil və əlavə tədqiqata ehtiyac var.

Yeniyetmə və gəncləri tənhalığa sürükləyən səbəblər və bu problemdən çıxış yolları haqqında mütəxəssislərin fikirlərini öyrəndik.

mehriban nesib

Mövzuyla bağlı “Gencaile.az” saytına danışan sosioloq Mehriban Nəsib aşağıdakıları dedi: “Tənhalıq müasir dövrdə yeniyetmələrin ən böyük problemlərindən biridir və bunun da səbəblərindən biri və ən birincisi ağıllı telefonlar (smartfonlar) və hal-hazırda çox geniş yayılmış sosial şəbəkələrdir (İnstaqram, Tiktok, Snapçat və s.). Bəzən tək qalmaq və tənha olmaq eyni cür başa düşürük, ancaq bunlar eyni seylər deyil. İnsanların bəzən tək qalmağa ehtiyacı olur, bu normaldır. Amma tənhalıq insanlarda depressiya və stress əmələ gətirir. Əgər siz və ya yaxınınız və yaxud da övladınız tənhalığa meyl edibsə, o zaman bunun qarşısını almaq üçün təşəbbüs göstərmək, dostlarla görüşmək, ictimai və könüllülük proqramları ilə məşğul olmaq lazımdır.”

ULVIYYE EFENDIYEVA

Məsələyə yanaşmasını öyrəndiyimiz psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva isə “Gencaile.az” saytına açıqlamasında aşağıdakı fikirləri bildirdi: “Müasir dövrdə gənclərimizin yüksək intellekte malik olması sevindirici haldır. Hazırkı dövrdə yeniyetmələr kompyuter əsri ilə uyğunlaşmağa çalışırlar. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfləri odur ki , Azərbaycan gənclərini  elm , texnologiya  və başqa sahələrdə zirvələrdə görmək qürurvericidir, Azərbaycan bayrağının bütün dünyada tanıdan gənclərilə fəxr edirik. Günün çox hissəsini  sosial şəbəkələrə sərf eden gənclər öncə sağlamlığına ziyan edir. Daha sonra sosiallaşma problemlerilə üzləsirlər.  Dostluqlari , ünsiyyətləri internetə bağlı olur. Real həyatda səmimi ünsiyyət qurmağa çətinlik çəkirlər . Üz-üzə gəldiyi dostları ilə hər hansı mövzu ətrafında söhbət edə , fikirlərini sərbəst halda ifadə edə bilmirlər. Emosianal bağ zəif olur, kompleks yaşayırlar , özgüvən və qarşı tərəfə güvən hissi yerində olmur. Ona görə də onlar tənhalığa meyl edirlər. Dostluq ailədə formalaşır. Valideynlərin övladları ilə yetərincə zaman keçirib , onlarla ünsiyyət qurub , dost kimi dinləmələri və anlamaları , etdiyi yalnışları doğru şəkildə izah etməyi daha məsləhətlidir. Evdə bacı – qardaşları , sonra kolleklivdə başqaları ilə sağlam dostluq əlaqələri qurmağı bacarsalar tənhalıqdan uzaq olarlar.Hər hansı mövzular  ətrafında söhbət edərək daha çox inkişaf edə ,dostluqları genişləndirərək daha müsbət nəticələr əldə edə bilərlər.”

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir