Mənzillərdə və evlərdə koridorlara daxili dizayn baxımından nadir hallarda fikir verilir.
Mənzilin dəhlizinin bəzədilməsinə xüsusi diqqət edilməlidir. Beləliklə, “Gencaile.az” saytının “EVİN İŞİ” rubrikasında məhz bu haqda danışacağıq.
İşıqlandırma
Uzun və dar bir dəhliz zəif işıqlandırılsa, bura bir növ dərəyə bənzəyər. Ona görə işıqlandırmaya xüsusi diqqət yetirilməlidir. Divarlarda şkaf, güzgü, rəsm və digər dekorasiyaları əlavə etməklə dəhlizə xüsusi aura qata bilərsiniz.
Divarlar
Koridordakı divarlar etibarlı şəkildə parlaq çalarlarla rənglənməlidir. Bu evin enerjisini daha yüksək etməyə kömək edəcək. Divarlardan birində naxışlı divar kağızı istifadə edə bilərsiniz. Bu məkanı daha dinamik və təsirli edəcəkdir.
Zibil qutusu
Burada xizək, velosiped və ya digər idman avadanlıqları, eləcə də lazımsız əşyalar saxlamamalısınız. Həmçinin, zibil saxlamaq üçün şkaflar və rəflər tikməməli, dar dəhlizdə çəkməcəli sandıqlar qoymamalısınız.
Güzgülər
Güzgülərin faydalı məlumdur. Hər evdən hazırlaşıb çıxanda özümüzə baxmaq xoşdur. Ancaq bu güzgülərtəkcə bunun üçün deyil, həm də məkanı vizual olaraq genişləndirmək və daha parlaq etmək üçün əlavə bir fürsətdir.