hiperaktiv

Ailənizdə hiperaktiv insan var? – HƏLLİ VAR

Baxış sayı: 1. 954

Hiperaktivlik və diqqət çatışmazlığı sindromunun çox asan dərmanı varmış. Yeni Zelandiyadan olan mütəxəssislər vitamin və mineral maddələrin asanlıqla bu mərəzin öhdəsindən gələ biləcəyinə inanırlar. Hiperaktivlik və diqqət çatışmaяlığından əziyyət çəkən insanlara 8 həftə ərzində müvafiq müalicə aparılıb və onların vəziyyəti xeyli düzəlib.

Hiperaktivlik sindromuna dünyada hər 20 adamdan bir rast gəlinir. Onu birbaşa beyinə təsir edən stimulyatorla müalicə edirlər. Kenterberi Universitetinin əməkdaşlarının keçirdikləri tədqiqatlar isə müəyyən edib ki, bunlarsız da, vitamin əlavələrinin köməyilə müalicə effektli ola bilər.

Alimlər 80 könüllü üzərində təcrübə aparıblar. Onlara D, B12 vitaminləri, fol turşusu, maqnezium, ferritin, dəmir, kalsium, sink və miss (və ya plasebo) qarışığından ibarət bioloji aktiv əlavə verilib.

8 həftə sonra vitamin içən adamlar yaxşılığa doğru dəyişikliklər hiss etməyə başlayıblar. Düzdür, dərmanlarla müqayisədə vitaminlər bir qədər geriləyir, lakin bu metod güclü dərman qəbul edə bilməyən insanlar üçün çox yaxşı yarayır.

Vitaminlər beyində maddələr mübadiləsini yaxşılaşdırır, bütün sirr də bundadır.

Maraqlıdır ki, hiperaktivlik sindromuna tutulmuş kişilər tez-tez yol qəzalarına düşürlər. Dərman qəbulundan sonra bu riskin qədəri cəmi 41% təşkil edir. Qadınlarda isə belə asılılıq təsbit olunmayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir