Aysu Eliyeva

DƏHP nədir? - PSİXOLOQ YAZIR

Baxış sayı: 680

Diqqət əskikliyi və hiperaktivlik pozuntusu uşaqlıq dövründə başlayan və yetkinlikdə də davam edən neyroinkişaf pozuntusudur. Bu pozuntu adətən özünü 3 əsas sahədə göstərir:

1) Diqqət əskikliyi

2) Hiperaktivlik

3) İmpulsivlik

 

Məişətdə valideynlər bu diaqnozun elmi adını bilməsələr də, daha çox belə şikayətlər edirlər:

-Sanki daima fikri başqa yerdədir.

-Xəyal dünyasındadır.

-Əl-qolunu idarə edə bilmir.

-Tez-tez nəyisə itirir.

-Çox unutqandır.

-Beş dəqiqəlik işi 3 saata görür.

-Onu buyur, dalınca yüyür.

-TV qarşısında saatlarla oturur,amma dərsin başına oturan kimi gah acıyır, gah tualeti gəlir , gah yuxusu gəlir və yatmaq istəyir .

 

Bəs niyə bu mövzu önəmlidir?

DƏHP akademik, kariyera,ailə və sosial mühitlərlə bağlı ciddi çətinliklərə səbəb olur. Erkən diaqnoz və düzgün yanaşma ilə bu çətinliklərlə işləmək mümkündür. DƏHP-li şəxslər “tənbəl”, “ərköyün” və s. kimi damğalanmalara məruz qalır. Onların davranışlarının altında yatan nevroloji səbəblər tapılmalıdır.

 

DƏHP simptomları aşağıdakılardır:

-Diqqət dağınıqlığı;

-Hədsiz dərəcədə hərəkətlilik;

-Basladığı işi sona qədər çatdıra bilməmək;

-Növbəsini gözləyə bilməmək ;

-Oturmaq bacarığının zəif olması;

-Motor qoşulmuş kimi hərəkət etmək;

-Sürətli danışmaq ;

-Marağın davamsız olması və s.

Diqqət əskikliyi və hiperaktivlik pozuntusu uşaqlarda 5-12 %, yetkin şəxslərdə 4,4% etibarilə rast gəlinir. Bu diaqnozun qoyulması üçün bir neçə mühüm qaydalar var ki,onlardan biri bu simptomların 12 yaşdan öncə başlaması lazımdır. Simptomlar yalnız bir mühitdə (təkcə evdə, təkcə məktəbdə ) görülməsi kifayət etmir. İki və daha çox mühitdə, məsələn, həm evdə, həm məktəbdə müşahidə olunmalıdır.

DƏHP diaqnozu olan şəxslərdə tez-tez başqa psixoloji və ya nevroloji problemlər də müşayiət olunur. Bunlara komorbid vəziyyətlər deyilir:

1) Təşviş pozuntuları

2) Depressiya

3) Davranış pozuntuları

4) Öyrənmə çətinliyi- Disleksiya

5) Tik pozuntuları

6) Yuxu problemləri

 

Təbiidir ki, belə olduğu zaman diaqnozla işləmək daha da ağırlaşır və uzun zaman tələb edir. Mütləqdir ki, bu diaqnozdan əziyyət çəkən övladı olan valideynlər dərhal problemin üzərinə düşməli və mütəxəssisə müraciət etməlidir.

 

Psixoloq Aysu Əliyeva




4 şərh “DƏHP nədir? – PSİXOLOQ YAZIR

  1. Gülnarə Teyyubova

    Əslində, bu cür pozuntuların nə olduğunu daha yaxşı başa düşmək üçün məqaləni oxumağa başladım və çox faydalı oldu. Mənim bacımın oğlu da DƏHP-dən əziyyət çəkir, amma heç vaxt onun niyə belə davrandığını başa düşə bilmirdik. Artıq onun davranışlarının nevroloji səbəbləri olduğunu və düzgün yanaşma ilə bu məsələlərin həll oluna biləcəyini bilmək yaxşıdır. Məncə, yazıda valideynlərə daha çox konkret addımlar göstərmək faydalı olardı.

    Cavabla
  2. Nigar

    Yazı çox maraqlı və məlumatlandırıcı oldu. Özüm də universitetdə bir neçə DƏHP-li tələbə ilə işlədiyim üçün bu mövzu mənim üçün çox əhəmiyyətlidir. Təhsil sahəsindəki çətinliklər, sosial mühitlə bağlı problemlər və ümumiyyətlə, bu şəxslərin qarşılaşdığı gündəlik çətinliklər məqalədə gözəl şəkildə əks olunub. Dəqiq məlumatlar, xüsusilə komorbid vəziyyətlər haqqında daha çox şey bilmək faydalıdır

    Cavabla
  3. Sakit Alıyev

    DƏHP-dən əziyyət çəkən insanlar bəzən özlərini təcrid olunmuş hiss edirlər. Yazı bu baxımdan çox faydalıdır. Bir valideyn olaraq mənə elə gəlir ki, uşaqlarımıza bu problemi erkən yaşda aşkar etmək və onlara uyğun müalicə və dəstək göstərmək ən vacib məsələdir.

    Cavabla
  4. Rəsul A.

    Mənim də bir neçə dostum var ki, bu pozuntudan əziyyət çəkirlər. Düşünürəm ki, onların həyatını asanlaşdırmaq üçün onlara daha çox anlayışla yanaşmalıyıq. Yazıda qeyd olunan digər psixoloji problemlər, məsələn, depressiya və təşviş pozuntuları, bu şəxslər üçün əlavə çətinliklər yaradır. Bu yazı bu mövzunu işıqlandırmaqla çox doğru bir addım atıb.

    Cavabla

Sakit Alıyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir