Vaşinqton Universiteti (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, balın tərkibində olan maddə damarları xolesterindən təmizləyir və bununla da infarkt və insultun riskini azaldır.
Xolesterinin yığılması nəticəsində damarlar daralır, zəifləyir, öz elastikliyini itirir. Belə damarların partlaması riski çox yüksək olur. Bu isə öznövbəsində infarkt və ya insulta səbəb ola bilər.
Araşdırma göstərib ki, balın təsirindən damarlarlarda yığılmış xolesterin 30% qədər azalır. Bunun səbəbi balın tərkibində olan şəkər treqalozadır. Məhz treqaloza damarların xolesterindən təmizlənməsi proseslərini stimullaşdırır.
Bal qanın ürəyə axmasını gücləndirir ki, bu da damarları genişləndirir. Balın tərkibində olan antioksidantlar isə damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
Alimlərin fikrinə görə, tünd rəngdə olan bal növlərində antioksidantlar daha çoxdur.
Balı ilıq suya əlavə edib içmək daha faydalı sayılır. Gün ərzində 1-2 ç.q. bal qəbul edə bilərsiniz.