Qadınların hamiləlik dövründə və doğuşdan sonra yaşadıqları depressiya hormonal dəyişiklik olaraq qəbul edilir və bu dəyişikliyə dəqiq diaqnoz vermək olmur. Müalicə edilmədiyi təqdirdə ana və körpədə ciddi sağlamlıq problemlərinə səbəb olan hamiləlik depressiyası mövzusunda anaları maraqlandıran suallar:
Depressiyanın qadınlara həyatlarnın müəyyən dövrünə təsir edən psixoloju bir hal olduğunu və depressiyanın hamiləlik keçirdən qadınlara təsir etməsinin çaşdırıcı bir hal olmadığını bilirsiniz. Hamiləlik əsnasında keçirilən depressiya hormonal dəyişiklik kimi qəbul edildiyi üçün ümumiyyətlə ona diaqnoz vermek olmur. Bu vəziyyət də ana və körpənin sağlamlığı baxımından əhəmiyyətli problemlərə səbəb olur.
Hamiləlik depressiyası nədir?
Hamiləlik depressiyası və ya ”antepartum depressiya”, normal depressiya kimi əhval-ruhiyyəyə təsir edən psixoloji dəyişiklikdir. Bu dəyişikliklər beyin kimyasındakı dəyişiklikləri əhatə edən bioloji narahatlıqlardır. Hamiləlik dövründə hormonal dəyişmələr beyindəki depressiya ilə birbaşa olaraq əlaqəsi olan kimyəvi maddələrə təsir edə bilər. Çətin həyat şərtləri dəyişmələri artıraraq doğum qabağı və sonrası depressiyaya zəmin yaradır.
Hamiləlik əsnasında yaşanan depressiyanın əlamətləri hansılardır?
Depressiya keçirən qadınların 2 həftə və ya daha uzun müddət ərzində keçirdə biləcəyi narahatlıqlar aşağıdakılardır:
* Davamlı kədərli olmaq
* Fikrini bir məsələyə cəmləyə bilməmək
* Çox az və ya hədsiz çox yatmaq
*Zövq aldığı fəaliyyətlərinə qarşı marağın itməsi
* Doğulacaq uşağın gələcəyi ilə bağlı bədbin düşüncələr
* Doğulacaq uşağa baxa bilməmək narahatlığı
* Ölüm, intihar və ya ümidsizlik kimi düşüncələrinin təkrarı
* Nigaranlıq, narahatlıq
* Günahkarlıq hissləri keçirtmək
* Qidalanma vərdişlərində dəyişikliklər
Hamiləlik depressiyası nə kimi hallar daha da çox kəskinləşdirə bilər?
Hamiləlik əsnasında yaşanan depressiyasnı daha da kəskinləşdirən hallar aşağıdakılardır:
* Münasibətlərdə yaranan problemlər, evliliyin gələcəyi ilə əlaqədar qayğılar
* Doğulacaq uşağın qüsurlu olma ehtimalı
* İstənməyən hamiləlik halları
* Ailədə və ya özünün keçmişdə keçirdiyi depressiyalar
* Daha əvvəl yaşanan düşüklər
* Stressli həyat şərtləri
* Hamiləlikdə fəsadların yaranması
* Zədələnmək
Hamiləlik depressiyası körpəyə necə zərər verə bilər?
Müalicə edilməyən depressiya pis bəslənməyə, spirtli içkilər qəbul etməyə, siqaret çəkməyə və intihar təşəbbüsünə səbəb ola bilər. Bu hallar isə özlüyündə erkən doğum hallarına, uşağı itirməyə (düşük) və körpədə inkişaf problemlərinə səbəb ola biləcək davranışlara apara bilər. Depressiya keçirdən bir qadın özünə və uşağına baxmaq üçün lazımlı güc və istəyi özündə tapa bilmir. Müalicə edilməyən depressiya çox təhlükəlidir. Bu hal ana və körpə üçün böyük problemlər yarada bilər.
Doğumdan sonra yaranan depressiya nədir?
Doğumdan sonrakı dövrdə yeni anaların psixoloji problemlər yaşaması sıx rast gəlinən bir vəziyyətdir. Doğumdan sonra bir neçə gün davam edən analıq hüznü çox normal bir haldır.
Yeni anaların təxminən onda birində rast gəlinən doğumdan sonra depressiya isə mualicə edilməsi vacib olan bir narahatlıqdır. Bu depressiyaya təsir edən səbəblərə isə hamiləlik zamanı evlilik gərginliyi, istənməyən hadisələr, erkən doğum, keysəriyyə doğum, körpənin gözləniləndən çətin doğulması, əmziklə bəslənməsi, körpənin ölü doğması və körpənin qüsurlu olması daxildir.
Anadakı depressiya körpəyə də mənfi təsir göstərir. Depressiya keçirdən analar körpənin üzünə daha az baxır, məsuliyyətlərini tam yerinə yetirmir və körpəyə lazım olan şəfqəti göstərmirlər.
Doğumdan əvvəl və sonra yaranan depressiya necə müalicə edilir?
Depressiyada olduğunu düşünən qadınlar mütləq psixoloqa müraciət etməli və hiss etdiklərini onunla paylaşmalıdır. Müalicə üsulları depressiyanın kəskinliyindən asılı olaraq dəyişə bilər:
* Dəstək qrupları
* Xüsusi psixoterapiya
* Dərman müalicəsi
* №-li MUBS müalicəsi
Göstəricilər kəskin olduğu halda mütəxəssis təcili olaraq dərman müalicəsinə başlamalıdır. Xəstə və körpə üçün ən uyğun müalicə üsuluna isə həkim özü qərar verməlidir.
Ən etibarlı müalicə üsulu hansıdır?
Hamiləlik əsnasında antidepresant istifadəsi körpə üçün zərərlidir və müalicədə istifadə ediləcək dərman çox diqqətlə seçilməlidir.
Mütəxəssislər doğumdan əvvəl və sonrakı depressiya üçün ən etibarlı müalicənin №-li MUBS olduğunu deyir. Dərman istifadə etmək istəməyənlər üçün məsləhət görülən №-li MUBS, anaya və körpəyə zərər vermədən antidepresant təsiri göstərən bir müalicə üsuludur. Ana namizədləri depressiyaya qarşı tək mübarizə aparmamalıdırlar.