Depressiya hormonal dəyişikliyə aparır – XÜSUSİLƏ QADINLAR ÜÇÜN

Baxış sayı: 1. 747

Qadınların hamiləlik dövründə və doğuşdan sonra yaşadıqları depressiya hormonal dəyişiklik olaraq qəbul edilir və bu dəyişikliyə dəqiq diaqnoz vermək olmur. Müalicə edilmədiyi təqdirdə ana və körpədə ciddi sağlamlıq problemlərinə səbəb olan hamiləlik depressiyası mövzusunda anaları maraqlandıran suallar:

Depressiyanın qadınlara həyatlarnın müəyyən dövrünə  təsir edən psixoloju bir hal olduğunu və depressiyanın hamiləlik keçirdən  qadınlara təsir etməsinin çaşdırıcı bir hal  olmadığını bilirsiniz. Hamiləlik əsnasında keçirilən  depressiya hormonal dəyişiklik kimi qəbul edildiyi üçün ümumiyyətlə ona diaqnoz vermek olmur. Bu vəziyyət  də ana və körpənin sağlamlığı baxımından əhəmiyyətli problemlərə səbəb olur.

Hamiləlik depressiyası  nədir?

Hamiləlik depressiyası və ya ”antepartum  depressiya”, normal depressiya kimi əhval-ruhiyyəyə təsir edən psixoloji dəyişiklikdir. Bu dəyişikliklər  beyin kimyasındakı dəyişiklikləri əhatə edən  bioloji narahatlıqlardır. Hamiləlik  dövründə hormonal dəyişmələr beyindəki depressiya ilə birbaşa olaraq əlaqəsi  olan kimyəvi maddələrə təsir edə bilər. Çətin həyat şərtləri dəyişmələri  artıraraq doğum qabağı və sonrası depressiyaya zəmin yaradır.

Hamiləlik əsnasında yaşanan depressiyanın əlamətləri hansılardır?

Depressiya  keçirən qadınların 2 həftə və ya daha uzun müddət ərzində keçirdə biləcəyi  narahatlıqlar aşağıdakılardır:

* Davamlı kədərli olmaq

* Fikrini bir məsələyə cəmləyə bilməmək

* Çox az və ya hədsiz çox yatmaq

*Zövq aldığı fəaliyyətlərinə qarşı marağın itməsi

* Doğulacaq uşağın gələcəyi ilə bağlı bədbin düşüncələr

* Doğulacaq uşağa baxa bilməmək narahatlığı

* Ölüm, intihar və ya ümidsizlik kimi düşüncələrinin təkrarı

* Nigaranlıq, narahatlıq

* Günahkarlıq hissləri keçirtmək

* Qidalanma vərdişlərində dəyişikliklər

Hamiləlik depressiyası nə kimi hallar daha da çox kəskinləşdirə bilər?

Hamiləlik  əsnasında yaşanan depressiyasnı daha da kəskinləşdirən hallar  aşağıdakılardır:

* Münasibətlərdə yaranan problemlər, evliliyin gələcəyi ilə əlaqədar qayğılar

* Doğulacaq uşağın qüsurlu olma ehtimalı

* İstənməyən hamiləlik halları

* Ailədə və ya özünün keçmişdə keçirdiyi depressiyalar

* Daha əvvəl yaşanan düşüklər

* Stressli həyat şərtləri

* Hamiləlikdə fəsadların yaranması

* Zədələnmək

 

Hamiləlik depressiyası körpəyə necə zərər verə bilər?

Müalicə edilməyən depressiya pis bəslənməyə, spirtli içkilər qəbul etməyə, siqaret çəkməyə  və intihar təşəbbüsünə səbəb ola bilər. Bu hallar isə özlüyündə erkən doğum  hallarına, uşağı itirməyə (düşük) və körpədə inkişaf problemlərinə səbəb ola  biləcək davranışlara apara bilər. Depressiya keçirdən bir qadın özünə və  uşağına baxmaq üçün lazımlı güc və istəyi özündə tapa bilmir. Müalicə edilməyən  depressiya çox təhlükəlidir. Bu hal ana və körpə üçün böyük problemlər yarada  bilər.

 

Doğumdan sonra yaranan depressiya nədir?

Doğumdan sonrakı dövrdə yeni  anaların psixoloji problemlər yaşaması sıx rast gəlinən bir vəziyyətdir. Doğumdan sonra bir neçə gün davam edən  analıq hüznü çox normal bir haldır.

Yeni anaların təxminən onda birində rast gəlinən doğumdan sonra depressiya isə  mualicə edilməsi vacib olan bir narahatlıqdır. Bu depressiyaya təsir edən səbəblərə isə hamiləlik zamanı  evlilik gərginliyi, istənməyən hadisələr, erkən doğum, keysəriyyə doğum, körpənin  gözləniləndən çətin doğulması, əmziklə bəslənməsi, körpənin ölü doğması və körpənin  qüsurlu olması daxildir.

Anadakı depressiya körpəyə də mənfi təsir göstərir.  Depressiya keçirdən analar körpənin üzünə daha az baxır, məsuliyyətlərini tam  yerinə yetirmir və körpəyə lazım olan şəfqəti göstərmirlər.

Doğumdan əvvəl və sonra yaranan  depressiya necə müalicə edilir?

Depressiyada olduğunu düşünən qadınlar mütləq  psixoloqa müraciət etməli və hiss etdiklərini onunla paylaşmalıdır. Müalicə  üsulları depressiyanın kəskinliyindən asılı olaraq dəyişə bilər:

* Dəstək qrupları

* Xüsusi psixoterapiya

* Dərman müalicəsi

* №-li MUBS müalicəsi

Göstəricilər kəskin olduğu halda mütəxəssis təcili olaraq dərman müalicəsinə  başlamalıdır. Xəstə və körpə üçün ən uyğun müalicə üsuluna isə həkim özü qərar  verməlidir.

 

Ən etibarlı müalicə  üsulu hansıdır?

Hamiləlik əsnasında antidepresant istifadəsi körpə  üçün zərərlidir və müalicədə istifadə ediləcək dərman çox diqqətlə seçilməlidir.

Mütəxəssislər doğumdan əvvəl və sonrakı depressiya  üçün ən etibarlı müalicənin №-li MUBS olduğunu deyir.  Dərman istifadə etmək istəməyənlər  üçün məsləhət görülən №-li MUBS, anaya və körpəyə zərər vermədən antidepresant  təsiri göstərən bir müalicə üsuludur. Ana  namizədləri depressiyaya qarşı tək mübarizə aparmamalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir