Nermine Abbasova

Diabet xəstələri bunları bilməlidirlər

Baxış sayı: 546

Bəzən diabet xəstələrinin ömrü onların gözlədiklərindən daha az olur. Orta hesabla 50 yaşlı qadınların diabet xəstəliyi zamanı ömürləri 8 il, kişilərin isə 7 il azalır. Lakin siz yazılanlara riayət etsəniz həmin bu nəticədən uzaq olacaqsınız. Araşdırmalara görə, diabet xəstələrinin 60 %-indən də azı düzgün dərman qəbul edir. Bəzən həkim məsləhətləri xəstəyə əks təsir göstərir. Beləliklə də insanlar sağlam həyat tərzindən məhrum olurlar.

Ömürlərini uzatmaq üçün diabet xəstələri bunları bilməlidirlər:

 Derman

1) Dərmanları vaxtında və düzgün qəbul edin

Bəzi insanlar həkimin məsləhət etdiyi dərmanları alsalar da onları vaxtında qəbul etmirlər. İnsanların sağalması üçün həkimlər tərəfindən irəli sürülən ən sadə və əsas üsul dərman qəbuludur. Əgər siz sağlam həyat tərzi sürmək istəyirsinizsə və yaxud ömrünüzü artırmaq istəyirsinizsə, dərmanları vaxtında qəbul edin. Bir neçə saniyə vaxtınızı alan bu dərmanlar sizin çox köməyinizə çatacaq.

 kishi qida

2) Sağlam və düzgün qidalanma

Diabet xəstələri üçün qidalanma sağlam yaşamağın və uzun ömürlü olmağın ən vacib hissəsini təşkil edir. Diabet xəstələri xüsusən qidalarına fikir verməli və xüsusi pəhrizlə qidalanmalıdırlar. Unutmayın ki, düzgün pəhriz sizin ömrünüzü uzadacaq. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç vaxt xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.

ayaqqabi

3) Rahat ayaqqabı

Diabet xəstəliyi orqanizmdə ən çox ayaqlara təsir göstərir . Əgər siz ayaqlarınızı zərərdən qorumaq istəyirsinizsə, hər gün onları ilıq su ilə yuyun, nəmləndirici vasitələrdən istifadə edin. Bundan başqa, ayaqqabı seçimində diqqətli olmalısınız. Bacardığınız qədər rahat və ayaqlarınıza zərər vurmayan ayaqqabı geyinməlisiniz.

idman

4) İdman etməlisiniz

Hər kəs, eləcə də diabet xəstələri idman etməlidirlər. Onlar idmanı ömürlərini uzatmaq və sağlamlıqlarını qorumaq məqsədilə etməlidirlər. Bu doğrudur ki, idman həmçinin qandakı şəkəri normallaşdırır. Gündəlik olaraq bu qaydalara riayət edin. Əgər bu, sizi bezdirirsə, hər gün sizə xeyir edəcək yeni idman hərəkətləri öyrənin

xestelik

5) Digər xəstəliklərin qarşısını alın

Diabet xəstələri özünü xərçəng və ya ürək xəstəliyindən mümkün qədər çox qorumalıdırlar. Lakin bəzən bu xəstəliklər xroniki xarakter daşıyır və bu xəstəliklərlə mübarizə aparmaq çətin olur. Bunun üçün xəstəliyi vaxtında aşkar etmək lazımdır. Yaşla bağlı ( prostat vəzi və ginekoloji problemlər nəticəsində yaranan) xərçəng xəstəliklərini vaxtında aşkar edib müalicə etmək lazımdır.

Qeyd edək ki, diabet xəstələri daha çox göz xəstəliklərindən əziyyət çəkirlər. Buna səbəb diabetin göz xəstəlikləri riskini artırmasıdır.

yatmaq

6) Çox yatın

Yatmaq insanın yorğunluğunu azaltmaqla yanaşı, bədəndəki hormonların balanslaşmasına kömək edir və orqanizmdəki enerjini artırır. Eyni zamanda siz yatmaqla stress və depresiyadan azad olacaqsınız. Daha yaxşı işləmək üçün çalışın gecələr yatın.

dis

7) Diş sapı ilə dişlərinizi təmizləyin

Diabet xəstələrinə saqqız mənfi təsir göstərə bilər. Belə ki, diş sapı dişinizin təmiz qalmasında sizə daha çox kömək edəcək. Əlbəttə, diş sapı sizin ömrünüzü artıra bilməz, lakin saqqızı müəyyən qədər əvəz edə bilər.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir