Hollandiya alimlər öpüşməyin anatomiyasını çıxarıb.
“Gencaile.az”-ın xarici mətbuata istinadən xəbərinə görə, 21 könüllü cütlük üzərində yoxlanış aparılaraq cütlüklərin ağızlarındakı bakteriyalar qarşılaşdırılıb və hər öpüşmədə 80 milyon bakteriya yayıldığı ortaya çıxıb.
Sınaq üçün cütlüklərdən birinə müəyyən bir bakteriya kokteyli içirdilib. Daha sonra cütlüklər ən az 10 saniyə öpüşdükdən sonra ölçülər götürülüb. Nəticədə mayeni içməyən tərəfin ağzında bakteriya miqdarının üçqat artdığı görülüb. Başqa sözlə desək, ehtiraslı bir öpüşmə zamanı tərəflər arasında 80 milyon bakteriya alış-verişi edildiyi ortaya çıxıb.