bas agrisi

Seçdiyiniz rəng psixoloji durumunuza işarədir –Boz depressiyanı, qara…

Baxış sayı: 1. 528

Rəng seçimlərinin psixologiyanızın bir işarəsi olduğunu bilirdiniz?

Aparılan araşdırmalara əsasən, müəyyən psixoloji xəstəlikləri olan şəxslərin seçimləri də tək bir rəngə yönəlir. Ailem.az psixologiyanızı üzə çıxaracaq rəng seçimləri və mənaları ilə bağlı məlumatları diqqətinizə çatdırır.

Gündəlik həyatda paltarlarınızda, aksessuarlarınızda, ya da ümumi yaşam tərziniz içində seçdiyiniz rənglər, əslində, şəxsiyyətinizin bir parçasıdır. Aparılan araşdırmalar psixoloji problemləri olan şəxslərin müəyyən rəngdən çox istifadə etdiyini və eyni xəstəliyi paylaşan şəxslərin rəng seçimlərinin də bənzər olduğunu ortaya qoyur. Psixoloji xəstəliklərə görə ən çox seçilən rənglər aşağıdakılardır.

 

Anksiyete xəstələrinin seçimi: Qara

Araşdırmalara əsasən, insanlar uyğunluq içində olduqları rənglər içində özlərini çox daha rahat hiss edir. Uyğunsuz olduğunu düşündükləri rənglər içində çox kədərli və narahat olan şəxslər rəng seçimlərini də bu yöndə edir. Buna görə ciddi bir psixoloji narahatlıq olan anksiyete xəstələri ümidsizliyin və qara düşüncələrin rəngi olan qaranı gündəlik həyatlarında çox istifadə edirlər.

 

Depressiya rəngi: Boz

Depressiyadasınızsa, şkafınızdakı əsas rəngin boz olması heç də təəccüblü deyil. Neqativ bir hala sahib şəxslər depressiya ruh halına qısa zamanda girə bilir və bu dövrlərdə dünyaya tamamilə ümidsiz şəkildə baxan şəxslər kədərin rəngi olan boza istər-istəməz yönəlir.

 

Həssas şəxslərin seçimi: Sarı

Həssaslıq gündəlik həyatda şəxsin reflekslərini nəzarət etməsində çətinlik çəkməsi və həddindən çox səbirsiz olması vəziyyətidir. Aparılan araşdırmalara görə, həssaslığı yüksək şəxslərin sevimli rəngi sarıdır. Bu şəxslər sarının yanında bənövşəyini də sıxlıqla istifadə edir, arada qara rəngi seçə bilir.

Araşdırmalar bənövşəyi rənglə bağlı maraqlı bir həqiqəti də ortaya çıxarır. Belə ki, intihar edən şəxslərin bir çoxu uzun müddət bənövşəyi rəngli əşyaları izləməyi xoşlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir