nermine abbasova

Dırnaq batmasının ev şəraitində müalicəsi necə olmalıdır?

Baxış sayı: 512

Dırnağın ətə batması əksər inlğsanlarda meydana gələn və hərəkətlərə mane olan ağrılarla müşahidə edilir.

Dırnaq batması adətən ayağın baş barmağında müşahidə edilir. Bu dırnağın böyüdükcə eninə doğru inkişaf etməsindən irəli gəlir.

Dırnaqlar düz qabağa doğru uzandığına görə onu tutarkən qaydalara düzgün əməl olumalıdır. Belə ki, uşaq yaşlarında uşağın dırnaqlarının yalnız qabaq tərəfindən kəsmək lazımdır.

Dırnağın ətə batması həmin nahiyədə ağrıya, qızartıya səbəb olur. Giigyena qaydalarına əməl eləmədikdə isə həmin nahiyədə iltihablaşma əmələ gəlir və xəstənin fiziki hərəkətini məhdudlaşdırır. Drnağın ətə bataraq iltihalmaşması xəstənin vəziyyətinin ağırlaşmasına və dırnağın çıxarılmasına səbəb olur. Çünki iltihablaşma irəliləyərək sümüyə qədər çata bilir. Buna görə də əksər hallarda dırnağın ətə batdığı zaman vaxtında ehtiyat tədbirləri görülür.

 dirnaq

Dırnağın ətə batması hansı səbəblərdən baş verir?

* dırnağın anadangəlmə quruluşunda çatışmazlıq olduqda

* barmaqları sıxan, ucu şiş ayaqqabılar geyindikdə

* dırnaqda qalınlaşma olduqda

* barmaqlar kök olduqda

* dıqnaqlarda göbələk xəstəliyi olduğu zaman

* dırnaqlar uşaqlıq yaşlarından düzgün tutulmadıqda

Qarşısını necə almaq olar?

* geniş ayaqqabı geyinərək

* ayaqları hər gün isti su ilə vanna edərərk

* ayaqları yaş saxlamayaraq

Dırnaq batması zamanı özünüz qulluq edərək bu problemin ağırlaşmasının qarşısını ala bilərsiniz. İltihablaşma baş verdikdə isə mütləq həkimə müracit etmək lazımdır.

Ev şəraitində də müxtəlif vasitələrdən istifadə edərən dırnaq batmasının ağırlaşmasının qarşısını ala bilərsiniz. Bunu üçün aşağıdakı qarışımdan istifadə edərək ayaqlarınızı vanna edin.

dirnaq batmasi

1) duz vannası

*100 qram duz

* 1 lit isti su

* çobanyastığı, əncir yarpağı, şalfey və şam yarpağı

Həmin qarışımdan vanna etməzdən əvvəl bir qədər götürüb vannadan sonra pambığa batıraraq dırnaqla ətin arasına qoyub bağlayın.

2) kofe ilə müalicə

* 1 xörək qaşığı kofe

* 5 ədəd aspirin

Aspirin və kofe dənələri ayrı-ayrılıqda üyüdülüb qarışdırılır. Sonra krem halına gələnə qədər vazilen qatılır və xəstə dırnaq nahiyəsinı qoyulur.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir