dis

Diş plombu niyə saralır?

Baxış sayı: 845

Diş plombu – dişin səthində yaranan boşluğu doldurmaq üçün işlədilən materialdır. Bəzən isə dişlərə qoyulan plombların saralması halları baş verir.

Bununla bağlı açıqlama verən həkim-stomatoloq Rəsul Tağıyev bildirib ki, burada bir neçə hal ola bilər:

1) Plombun altında təkrarən kariyes yarana bilər. Burada ağ rəngli plombun altından tünd karioz sahə göyümtül görünür.

2) Diş ətində iltihab səbəbindən qanama olduqda və bu zaman plombun altına qan sızdıqda orada durğunlaşaraq tündləşən qan ağ materialın altından göyümtül rəng görünür.

3) Diş depulpasiya edilib (siniri çıxarılıb). Kanal dişin rəngini tündləşdirə bilən dərmanla doldurulub və bu dərmanın artığı kariyes boşluğundan təmizlənməyərək izoleedici materialla üstü örtülmədən plomb qoyulub. Bu halda da kariyes boşluğu dərmanın təsirindən tündləşmiş hissəsi ağ plombun altından göyümtül görünə bilər”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir