Dölün beynində genişlənmə. Təhlükəsi varmı?

Baxış sayı: 6. 654

İlk dəfə bu diaqnoz eşidən analar ən qorxulu şeyləri fikirləşməyə başlayır (uşağın beynində ciddi patologiya var, uşaq xəstə, əlil doğulacaq və s.), güclü depressiyaya düşürlər. Bu isə həm ana, həm də döl üçün, təbii ki, ziyanlıdır. İlk növbədə ana bu genişlənmənin nə olduğunu anlamalıdır.

Beyin çox mürəkkəb quruluşuna malikdir. Döldə beyinin inkişafı zamanı mədəciklərın ölçüləri ciddi dəyişilir, müəyyən müddətdə normadan bir qədər böyük ola bilər. Beyin mədəciklərin genişlənməsi (vertikulomeqaliya) diaqnozu yalnız mədəciklərin ölçüləri 10 mm çatdıqda qoyula bilər. Vertikulomeqaliya zamanı dölün başının ölçüləri norma daxilində olur.

Ədətən bu diaqnoz USM zamanı hamiləliyin təxminən 17 həftəsindən başlayaraq qoyulur. Əgər USM zamanı mədəciklərin 10 mm kimi genişlənməsi aşkar olunubsa, dərhal panikaya düşməyin. Ən yaxşı variant digər klinikada yaxşı mütəxəssisdə təkrar USM-dən keçməkdir. Bəzən vertikulomeqaliya diaqnozu səhvən qoyulur.

Əgər təkrar USM-i patologiyanı təsdiq edibsə, ginekoloqa müraciət edin.

Əksər hallarda belə patologiyanın səbəbi anada hər hansı virus infeksiyanın olmasıdır (xüsusilə  sitomeqalovirus və toksoplazma kimi viruslar buna səbəb olur). Bu halda anada bir çox hallarda dölyanı suların artıq olması da aşkar olunur.

Digər tərəfdən genetik xəstəliklər və xromosom anomaliyarı da vertikulomeqaliyaya səbəb ola bilər. Bu zaman uşaqda vertikulomeqaliyadan əlavə digər pozulmalar da müəyyən edilə bilər (ürəkdə, beyində və digər orqan və sistemlərdə qüsurların olması).

Beləliklə, vertikulomeqaliya diaqnozu qoyulubsa, ana ilk növbədə virus infeksiyalara görə analizlər verməlidir. İnfeksiyalar aşkar olunduqda, anaya müalicə təyin olunur. Bundan əlavə anaya antihipoksant preparatları (hipoksiyanı aradan qaldıran) və vitaminlər (xüsusilə B qrupu vitaminləri) təyin oluna bilər. Həkim anaya tez-tez havada olmağı, xüsusi bədən tərbiyyəsi ilə məşğul olmağı tövsiyə edir.

Müəyyən fasilələrlə (həkim təyin edir) doğuşa kimi qadın USM-dən keçməlidir ki, vertikulomeqaliyanın artıb-artmaması təyin olunsun. Vertikulomeqaliya artmırsa və döldə digər patologiyalar aşkar olunmayıbsa, narahatçılıq üçün səbəb yoxdur. Adətən belə uşaqlar tam sağlam doğulur və daha sonra normal inkişaf edirlər.

Vertikulomeqaliya artırsa (xüsusilə tez artırsa), bu təhükəli simptomdur. Bu zaman ana genetik həkimin müayinəsinə göndərilir.

Vertikulomeqaliya 15 mm-ə çatdıqda və tez artıqda, bu zaman döldə hidrosefaliya inkişaf etməyə başlayır ki, bu çox ağır patologiyadır. Bu halda ana neyrocərrah həkimin müayinəsindən keçməlidir./saglamolun.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir