usaq

Dörd uşaq birdən doğuldu – 11 il sonra

Baxış sayı: 1. 645

“Gencaile.az” saytı anspress-ə istinadən xəbər verir ki, Rəisə Nabatovanın Lənkəran doğum şöbəsində 3 oğlan, 1 qız övladı dünyaya gəlib. Oğlanlarınn çəkisi 1,9, 2,1, 1,650 kq, qızın çəkisi isə 1, 45 kq-dır.  Körpələrin və ananın vəziyyəti normaldır. Uşaqların hər birinə ayrıca həkim ayrılıb.

Doğum şöbəsinin müdiri Yeganə Nəhmətovanın sözlərinə görə, Rəisə Nabatova xəstəxanaya dekabrın 24-də gətirilib və o vaxtdan həkim nəzarəti altında olub. O, cərrahiyyə müdaxiləsi yolu ilə ana olub.

Qeyd edək ki, Rəisə Nabatovanın bundan 11 il əvvəl övladı olmuşdu. Lakin uşaq bir müddət sonra ölüb. Ailə 11 il körpə yolu gözləyib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir