arvad

Qadınlar üçün məscid

Baxış sayı: 1. 507

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ancaq qadınlar üçün nəzərdə tutulmuş məscid açılıb. Qadın “imam”ı olan, Los-Ancelesin mərkəzində yerləşən məscidə cümə namazı vaxtı 150-yə yaxın qadın gedib. Məscidi 2 kaliforniyalı qadın köhnə sinaqoq binasında açıb.

Cümə namazında qadının xütbə ilə çıxış etməsi Amerika İslam alimləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, yerli İslam alimi Fürhan Zübeyrinin dediyinə görə İslam tarixi və şəriətində belə bir presedentə rast gəlinməyib.

Gələcəkdə məsciddə qadınlar üçün Quran dərslərinin keçilməsi də planlaşdırılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir