Aranızda yeqin ki, okean və dəniz həvəskarları vardır. Bunu nəzərə alaraq özəl çimərliklərdən tutmuş eksklüziv adalara qədər dünyanın ən bahalı kurortlarının siyahısını təqdim edirik. Bu son dərəcə bahalı, lüks kurortlar hər kəsə yüksək səviyyədə istirahət vəd edir.
Neker adası
Dünyanın ən bahalı kurortu olan Neker adası yer üzünün cənnəti hesab edilir. Karib bölgəsindəki Vircin adasının və Neker kurortunun çimərlikləri kəhrəba və bəyaz qumsallığı ilə şöhrət qazanıb. Bura səyahət edənlərin əksəriyyəti adanın bütün 74 hektarını icarəyə götürür. Burada dayvinq və sörfinqlə məşğul olmaq, tennis kortunda oynamaq, istənilən yeməyin dadına baxmaq mümkündür. Bu, o deməkdir ki, istədiyiniz hər bir yeməyi burada tapa bilərsiniz. Burada bir gecə qalmaq 128000 dollara başa gəlir.
Maşa Key
Gözəl Baham adalarında yerləşən Maşa kurortu Karib dənizinə aşılan heyrətamiz mənzərəsi ilə dünyanın ən bahalı kurortları sırasında ilk üçlükdə yer alır. Lüks şəraiti ilə seçilən Maşa Key açıq hava teatrı ilə digər eksklüziv kurortlardan biri hesab olunur. Kurort bura gələn qonaqları yüksək səviyyədə yemək və içki ilə təmin edir. Varlı iş adamları səyahət zamanı bura şəxsi heyətini gətirmək üçün əlavə pul ödəyirlər. Maşa Key dünyanın ikinci ən bahalı kurortu hesab olunur. Belə ki , burada bir gecə qalmaq istəsəniz 57000 dollar ödəməli olacaqsınız. Adada adi otellər əvəzinə biznes-klass apartamentlər inşa edilib. Maşa Key David Koperfildin mülkü hesab olunduğuna görə, bura bəzən Koperfild də adlandırılır.
Hiltop Estate Fici
Hiltop Estate Fici Respublikasında kiçik adada yerləşən parlaq kurort hesab olunur. Okean sahilində qərar tutan kurortda dəbdəbəli şam yeməyi üçün şəxsi malikanə , üzgüçülük üçün olduqca təmiz kristal kimi parlaq hovuz və təbiətə fokuslanmış bir atmosferin şahidi olacaqsınız. Burada hər kəs sörfinq, dayvinq və qolfla məşğul ola və yaxınlıqda yerləşən atraksionlardan istədiyi kimi qədər istifadə edə bilər. Burada 1 gün qalmaq üçün siz nə az, nə çox 45000 dollar pul ödəmək lazımdır.
Çırağan Sarayı, Kempinski
Türkiyənin İstanbul şəhərində yerləşən bu nəhəng kurort lüksün tam spektrini təqdim edir. Heyrətamiz antik dünya memarlığı nümunəsi hesab olunan saray və Asiya ilə Avropa arasındakı sərhədin bir hissəsini təşkil edən mühüm su yolu olan Boğaziçinin mənzərələri bu sevimli məkanı daha da gözəl edir.
Kurortun otel bölməsində 279 otaq və 20 suit, saray bölməsində isə 11suit var. Heyrətamiz gözəlliyi ilə seçilən bu məkan siyasi toplantıların və bahalı toyların, yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkan yer hesab olunur. Sözügedən kurort məkan suitləri, şəxsi hövuzları, geniş spaları ilə seçilir. Otelin bir gecəlik qiyməti 36000 dollar dəyərindədir.
Leyla Şıxəli