istirahet

Dünyanın ən bahalı kurortları

Baxış sayı: 471

Aranızda yeqin ki,  okean  və dəniz həvəskarları vardır. Bunu nəzərə alaraq özəl çimərliklərdən tutmuş eksklüziv adalara qədər dünyanın ən bahalı kurortlarının siyahısını təqdim edirik. Bu son dərəcə bahalı, lüks  kurortlar hər kəsə yüksək səviyyədə istirahət vəd edir.

 

Neker adası

Dünyanın ən bahalı kurortu olan Neker adası yer üzünün cənnəti hesab edilir. Karib bölgəsindəki  Vircin adasının və Neker  kurortunun çimərlikləri kəhrəba və bəyaz qumsallığı ilə şöhrət qazanıb.  Bura səyahət edənlərin əksəriyyəti  adanın bütün 74 hektarını icarəyə götürür. Burada dayvinq və sörfinqlə məşğul olmaq, tennis kortunda oynamaq, istənilən yeməyin dadına baxmaq  mümkündür. Bu, o deməkdir ki,  istədiyiniz hər bir yeməyi burada tapa bilərsiniz. Burada  bir gecə qalmaq 128000 dollara başa gəlir.

 

Maşa Key

Gözəl Baham adalarında yerləşən Maşa kurortu Karib dənizinə aşılan  heyrətamiz mənzərəsi ilə dünyanın ən bahalı kurortları sırasında ilk üçlükdə yer alır. Lüks şəraiti ilə seçilən Maşa  Key  açıq hava teatrı ilə  digər eksklüziv  kurortlardan biri hesab olunur. Kurort bura gələn qonaqları yüksək səviyyədə   yemək və içki ilə təmin edir.  Varlı iş adamları səyahət zamanı bura  şəxsi heyətini gətirmək üçün əlavə pul ödəyirlər. Maşa Key dünyanın ikinci ən bahalı kurortu hesab olunur. Belə ki , burada  bir gecə  qalmaq istəsəniz 57000 dollar  ödəməli olacaqsınız.  Adada adi otellər əvəzinə biznes-klass apartamentlər inşa edilib. Maşa Key  David Koperfildin mülkü hesab olunduğuna görə, bura bəzən Koperfild də adlandırılır.

 

Hiltop Estate  Fici

Hiltop Estate  Fici  Respublikasında  kiçik adada  yerləşən parlaq kurort  hesab olunur.  Okean sahilində  qərar tutan kurortda  dəbdəbəli şam yeməyi üçün şəxsi malikanə , üzgüçülük üçün olduqca təmiz kristal kimi parlaq hovuz və təbiətə fokuslanmış bir atmosferin şahidi olacaqsınız.  Burada hər kəs  sörfinq, dayvinq və qolfla məşğul ola və yaxınlıqda yerləşən atraksionlardan istədiyi kimi qədər istifadə edə bilər. Burada 1 gün qalmaq üçün siz nə az, nə çox 45000 dollar pul ödəmək lazımdır.

 

Çırağan Sarayı, Kempinski

Türkiyənin İstanbul şəhərində yerləşən bu nəhəng kurort lüksün tam spektrini təqdim edir. Heyrətamiz  antik  dünya memarlığı nümunəsi hesab olunan saray  və Asiya ilə Avropa arasındakı sərhədin bir hissəsini təşkil edən mühüm su yolu olan Boğaziçinin  mənzərələri bu sevimli məkanı daha da gözəl edir.

Kurortun otel bölməsində 279 otaq və 20 suit, saray bölməsində isə 11suit var. Heyrətamiz gözəlliyi ilə seçilən  bu məkan siyasi toplantıların  və bahalı toyların, yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkan  yer hesab olunur.  Sözügedən kurort məkan suitləri, şəxsi hövuzları, geniş spaları ilə seçilir. Otelin  bir gecəlik qiyməti 36000 dollar dəyərindədir.

 

Leyla Şıxəli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir