Valehedici gözəlliyi olan planetə sahibik. Dağlar, dərələr, meşələr, vulkanlar, çaylar və daha artığı göz oxşasa da, bəzən bu gözəllik vahiməli ola bilir.
Beləliklə, sizə dünyanın ən qorxulu 10 yerini təqdim edirik.
Afar Depression, Etiopiya
Dünyanın ən təhlükəli vulkanlarından biridir. Burada mövcud olan lavanın dərəcəsi dünyada zəlzələlər yaratmağa kifayətdir.
Bikini Atoll, Marşall Adaları
Kənardan cənnət diyarı kimi görünsə də, əslində bura nüvə sınaqlarının keçirildiyi bir nömrəli yerdir. Bu səbəbdən də yerli əhali evlərini tərk etmək məcburiyyətində qalıb. Yerdə qalan canlı növləri isə yavaş-yavaş məhv olmaqdadır.
Ölüm Vadisi, ABŞ
Dünya bizim evimizdirsə, Death Valley dünyanın sobası ola bilər. İndiyədək ən yüksək temperatur burada ölçülüb və 56.7 dərəcə olaraq tarixə keçib. Burada susuz ən çoxu 14 saat yaşaya bilərsiniz.
Natron gölü, Tanzaniya
Sanki dünyadan deyilmiş kimi bir görüntüsü var bu gölün. Üzərində mövcud olan duz təbəqəsi göllə əlaqədə olan bütün canlılar üçün böyük təhlükədir.
İha da Queimada Grande (İlan Adası), Braziliya
Bu ada dünyada təhlükəli yerlər sırasında birincidir.
Buna səbəb ən zəhərli ilan Bothrops növünün burada yaşamasıdır. Mayak keşikçisi bir ilan tərəfindən öldürüldükdən sonra mayak avtomatlaşdırılıb və Braziliya hökuməti tərəfindən adaya piyada girişinə qadağa qoyulub.
Madidi Milli Parkı, Boliviya
İlk baxışda hüzurlu bir görüntüyə sahib olsa da, dünyadakı ən zəhərli və “əsəbi heyvan” növləri burada cəmlənib. Bir bitkiyə toxunsanız, ətrafdakı bütün böcəklər üstünüzə yığışar.
Vaşinqton dağı, ABŞ
Bura dünyanın ən sürətli və sərt küləklərinin əsdiyi yeridir. Eyni zamanda ən ölümcül zirvədir.
Sinabung Vulkanı, İndoneziya
İndoneziyanın Sumatra adasındakı aktiv vulkanın püskürmələrinin sayı olduqca çoxdur. Bu səbəbdən də minlərlə insan evlərini tərk etməyə məcbur qalıb. Sonuncu partlayışı isə 2016-cı il fevralın 27-də olub.
Danakil səhrası, Eritreya
Afrikadakı Danakil səhrasının vəhşi təbiətini xəyal etmək belə çətindir. Buna baxmayaraq, hər il onlarla macərapərəst buraya gəlir.
Ölüm Vadisi, Kamçatka, Rusiya
Burada mövcud olan zəhərli qazlar yaşayan bütün canlılar üçün təhlükədir. Heyvanlar və bitkilər asanlıqla ölürlər, bundan təsirlənən insanlar da xəstəliklərlə mübarizə aparmağa məcbur qalır.