musenber seferova

Covid-19-a yoluxmuş uşaqlarda ishal

Baxış sayı: 937

COVİD-19- virusuna yoluxma zamanı uşaqlar arasında ağırlaşma hallarına rast gelinməsə də, təəssüflə qeyd edək ki,uşaqlarda da COVİD-19 virusu müxtəlif simptomlarla müşahidə edilir. Təcrübəmizdə COVİD-19 virusuna yoluxmuş uşaqlarda yuxarı tənəffüs yollarının xəstəliklərindən başqa, bağırsaq xəstəliklərinin əlamətləri yəni-ishal da qeyd olunur. Sulu ishalla yanaşı qusma, qarında ağrı, iştahasızlıq, hətta nəcisdə qan müşahidə edilə bilər. İshal davamlı olur, temperatur ilə birlikdə qeyd edilir.

Uşaqlarda ishal: Nə etmək lazımdır? | Pediatriya Portalı

 

Koronavirusun yaratdığı ishal zamanı nəcisdə virus 4 həftəyə qədər qala bilir. Dörd həftə uşaqlar yoluxucu olur. Valideynlərin diqqət etməli olduqları məqam nəcisin sayıdır. Belə ki, 6 aya kimi nəcis sayı 5-6, 1 yaşa kimi 3, 1yaşdan yuxarı 2 dəfədən çox və konsistensiyası durudursa, uşaqlara maye itkisi ilə əlaqədar maye və regidron içizdirməklə ev “müalicə”sinə valideyn terefindən başlanılmalıdır. Bir yaşa kimi uşaqlar ishal zamanı 100-150ml, iki yaşdan yuxarı usaqlar 150-200 ml maye qebul etməlidirlər. Daha böyük uşaqlar isə istədiyi qədər maye qebul edə bilərlər. İshal zamanı uşaq su içməkdən imtina edirsə, bu zaman həkimlə əlaqə saxlanılmalıdır. Dərhal edilən tədbirlə fəsadlardan və insanlar arasında daha çox üstünlük verilən “sistem”lərdən uşaqları xilas edərik. SAGLAM OLUN!

 

Pediatr Müsənbər Səfərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir