Dünya hələ də açılmayan müəmma və sirlərlə doludur. “Gencaile.az” Publika.az-a istinadən dünyada indiyədək çözülməyən 5 hadisəni təqdim edir.
Atlantida – İtkin qitə
Platonun “Timaeus” və “Critias” kitablarında bəhs etdiyi itkin Atlantida qitəsi illərdir ki, mübahisələrə səbəb olur. Bir çoxları qitənin əfsanəvi olduğunu desə də, onun real olduğunu iddia edən tədqiqatçılar var. Hətta bir vaxtlar naməlum qitənin Manisada ola biləcəyi iddia edilmişdi. İllərdir müzakirə edilən Atlantidanın olub-olmadığını heç kim dəqiq bilmir və bu, sirr olaraq qalır.
Babil asma bağları
Dünyanın keçmiş yeddi möcüzəsindən biri olan Babilistanın Asma bağlarının yeri heç vaxt dəqiq bilinməyib. Bu bağların İraqda Babilistanın qədim şəhərində inşa edildiyi söylənilir, ancaq buna dair hər hansı dəlil tapılmayıb. Asma Bağlarının adına Babilistan mətnlərində rast gəlinməsə də, o, dünyanın yeddi möcüzəsindən biri sayılır.
Con Kuper
Con Kuper tarixin ən məşhur təyyarə quldurlarından biridir. 1971-ci ilin noyabrın 24-də Pasifik hava yolları təyyarəsinə minən Kuper pilotlara üzərində bomba olduğunu, əvəzində 200.000 dollar pul və 4 paraşüt istədiyini bildirir. Təyyarə enəndə Kuperin bütün istəkləri qarşılanır və sərnişinlər endirilir. Meksikaya getmək üçün yenidən havaya qalxan təyyarədən Kolumbiya gölü ətrafında nağd pullar və paraşüt ilə tullanan Kuperin izinə bir daha rast gəlinməyib. Uzun davam edən axtarışlar heç bir nəticə vermədiyi üçün onun məhkəmə dosyesi bağlanılıb və yəqin ki, sonrakı taleyi heç vaxt məlum olmayacaq.
Con Kennedi sui-qəsdi
ABŞ-ın sabiq prezidenti Con Kennedinin öldürülməsi tarixdəki ən önəmli sirli hadisələrdən biridir. Qətlin necə həyata keçirildiyi məlum olsa da, kimlər tərəfindən sifariş edildiyi və onun arxasındakı əsl gücün kim olduğu heç bir zaman açıqlanmayıb. Qətli İsrailin nüvə proqramına qarşı olması və İsrail Gizli Xidməti Mossad Kəşfiyyat Xidməti tərəfindən, eləcə də FBI, MKİ və Pentaqonun birlikdə sifariş verdiyi iddia olunur.
Kleopatranın ölümü
Qədim Misirin son kraliçası Kleopatra olduqca ağıllı, liderlik qabiliyyətinə malik olan tarixi və güclü şəxsiyyət kimi tanınır. Doqquz dil bilən Kleopatra Misirdə liderliyi ələ keçirib, Romaya gedərək Sezarı özünə aşiq etdirməyi bacarıb. Onun ən böyük məqsədi iki böyük imperiyanı birləşdirərək bütün dünyaya hakim olmaq idi. Sezarın vəfatından sonra xəyalları puç olan Kleopatra Mark Antonius ilə eşq yaşayıb. Lakin Kleopatra Misirə qayıdaraq özünü zəhərləyərək intihar edib. Kleopatranın məzarının harada olduğu hələ də araşdırılır.