avtomobil

Dünyanın ən bahalı avtomobilləri və onların yaranma tarixçələri – FOTOLAR

Baxış sayı: 2. 256
Avtomobil latın və yunan sözlərindən ibarət olub, “özü yeriyən” deməkdir.
Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülüb.
İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cu ildə buxarla işləyən ilk avtomobil icad etdi.
Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi. Və bu da dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi.
Hələ 1859-ci ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək (1876), prinsipcə onu bu günkü formaya saldı.
“Gencaile.az” Musavat.com-a istinadən  sizə dünyanın ən bahalı brend markalı avtomobillərinin maraqlı tarixçəsini təqdim edir:
http://kayzen.az/uploads/images/9/2/a/7/85/9657332881.gif

1.Mersedes Bens

1886-cı ildə alman ixtiraçısı Karl Bens ilk dəfə olaraq mühərriklə işləyən maşın yaratdı. O dövrdə bu maşına ekipaj deyilirdi. Bu maşın saatda 16 km qət edirdi. Elə həmin il başqa bir ixtiraçı Qotlib Daymler dörd təkərli avtomobil yaratdı.
Mercedes`in  tarixi haqqında məlumat
Bir müddət sonra ixtiraçılar öz maşın zavodlarını işə saldılar. Düz 40 ildən sonra Daymler və Bens şirkətlərini birləşərək, yeni Daymlerbens şirkətini yaratdılar.
Bu şirkət indiyə qədər dünyanın aparacı şirkətlərindən birinə çevrilib. Şirkətin buraxdığı avtomobil isə Mersedes Bens adlanır.
Mercedes`in  tarixi haqqında məlumat

Bəs, niyə görə Mersedes..?

1899-cu ildə Emil Yelinsk, Daymler maşınında avtomobil yarışına qatıldı və qalib gəldi. Bundan sonra o Daymler zavadonundan 36 ədəd maşın sifariş etdi.
http://mers-benz-klass.ru/wp-content/uploads/2014/12/%D0%AD%D0%BC%D0%B8%D0%BB%D1%8C-%D1%81-%D0%B4%D0%BE%D1%87%D0%BA%D0%BE%D0%B9-%D0%9C%D0%B5%D1%80%D1%81%D0%B5%D0%B4%D0%B5%D1%81.jpg
Razılaşmaya əsasən zavodun buraxdığı maşınlara “Mersedes” adı verilməli idi. Bu, Emil Yelinskinin qızı idi.
O zaman qızının 10 yaşı var idi. Yelinskinin  sifarişi həmin dövrün şərtlərinə görə böyük ölçülü bir sifariş idi.
http://blog.daimler.de/wp-content/uploads/2007/12/hochhaus.jpg
Zavodda cəmi 344 işçi var idi, və bu işçilər 96 avtomobil  istehsal etmək gücünə malik idilər. Yelinskinin sifarişi də bu rəqəmin üçdə bir idi.
1902-ci ildə “Mersedes” avtomobil istehsalını iki qat artırdı. Bu gün dünyada 19 milyon ədəd “Mercedes” markalı avtomobil yollarda şütüyür.
http://www.logodesignlove.com/images/evolution/bmw-logo-propeller-airscrew.jpg

2.BMW

BMW 1916-cı ildə Münhendə aviasiya mühərrikləri zavodu kimi yaranıb. Buradan da BMW-nin loqotipi – fırlanan ağ-mavi rəngli propeller yarandı və ilk dəfə 1917-ci ildə BMW təyyarələrinin üzərində göründü.
1919-cu ildə Versal sülh sazişindən sonra Almaniyaya təyyarə düzəltmək qadağan edildi və BMW şirkətinin sahibləri fəaliyyət istiqamətlərini dəyişməli oldular.
http://madmechanics.eu/wp-content/uploads/2012/02/wp_bmwlogo1920x1200.jpg?84cd58

Loqo haqqında

BMW şirkəti loqosunu öz “valideynlər”indən – Rapp Motorenwerke şirkətindən alıb. Loqonun dairəsindəki ağ və mavi rənglər Bavariyanın rəmzləri hesab edilir. BMW şirkətinin mərkəzi də Bavariyada yerləşir. Daha sonra BMW-nin marketoloqları belə bir əfsanə yaradırlar ki, guya loqoda səmanı yaran təyyarənin stilizə edilmiş ağ propelleri əks olunub.
Məsələ bundadır ki, BMW ilkin olaraq təyyarə mühərrikləri istehsal etmək üçün yaradılıb. 10 ildən sonra isə şirkət avtomobillər istehsal etməyə başlayıb.
http://fastestlaps.com/photos/bmw_m5_e60_4ebe96e6dad77.jpg

Modellərin adları

BMW şirkəti öz rəqibləri “Audi” və “Mersedes” kimi avtomobil modellərinə ad vermək üçün adi adlardan deyil, rəqəmlərdən istifadə edir. Adətən, BMW-nin modellərinin 3 ədədli rəqəmləri olur.
İlk rəqəm seriya nömrəsini göstərir (1, 3, 5, 7). Bu rəqəm nə qədər böyük olarsa, avtomobilin sinfi bir o qədər yüksək olur. Modelin növbəti iki ədədi ənəvəvi olaraq 10-a vurulmuş litrlərdə mühərrikin həcmini göstərir.
http://myautoworld.com/BMW/history/1929/3-15ps-da2/1929_BMW_3-15_PS_DA_2_Phaeton.jpg
Əlbətdə hər bir qaydada istisnalar olur. Bəzən elə olurdu ki, modelin nömrələrində uyğunsuzluq müşahidə olunurdu.
BMW modellərinin adlarında hərfi indekslərdən də istifadə olunur. Bu işarələr avtomobilin digər xüsusiyyətlərinin rəmzləridirlər.
Məsələn:
«D» – dizel,
«М» – Motorsport,
«x» – xDrive — tam ötürücülü;
Sedan sinfi üçün «L» – uzunluq deməkdir.
BMW ilk avtomobil istehsalını 1929-cu ildə 3/15 PS adındakı avtomobil ilə başlayıb.
http://www.audi.by/content/dam/ngw/brand/company_history/content_images/01_august_horch.jpg

3.Audi

“Audi” – Almaniyanın avtomobil şirkətidir. “Volkswagen” qrupunun bir markasıdır. Şirkətin mərkəzi İngolştatda (Bavariya, Almaniya) yerləşir.
Şirkətin keçmişi 1899-cu ilə və Avqust Horxla (August Horche) bağlıdır. İlk “Horch” avtomobili Avqust Horx tərəfindən 1901-ci ildə hazırlanıb. 1910-cu ildə Horx şirkətdən ayrılır və köhnə ortaqlarıyla olan anlaşılmazlıqlar səbəbindən yeni dizaynlarında öz adından istifadə edə bilmir. Alman dilində mənası “Dinlə!” olan “horch” sözünü latın dilində eyni mənanı verən Audi sözü ilə əvəz edən Horx, bu sözü yeni yaratdığı şirkətin adına çevirir.
1932-ci ildə Audi, Auto Unionu meydana gətirmək üzrə Horch, DKW və Wanderer şirkətləri ilə birləşdi. “Auto Union” şirkətinin istifadə etdiyi bir-birinə bağlı dörd halqa da bu gün Audinin logosu olaraq istifadə edilməkdədir. Bu emblem o dövrdə Almaniyada populyar olan Olimpiya Oyunlarının embleminə bənzədilərək hazırlanmışdı. Belə ki, 1936-cı ildə həm Qış, həm də Yay Olimpiya Oyunları Almaniyada keçirilməli idi.
https://upload.wikimedia.org/wikipedia/commons/b/b9/Auto_Union_Logo.jpg
İkinci Dünya Müharibəsindən sonra şirkət DKW ətrafında məhsullarını təqdim etməyə çalışdı. Ancaq ikisilindirli mühərriki o qədər də məşhur ola bilmədi. 1965-ci ilin sentyabrında Audi təkrar avtomobil bazarına çıxaraq 72 at gücü olan 4 qapılı sedanını təqdim etdi.
1970-ci illərdə Audi 1950-ci illərdə dünyanın ən böyük motosikletlerini istehsal edən şirkət olan NSU ilə birləşdi. Bu şirkət Nekarsulmda – Ştutgart yaxınlığında yerləşirdi.
Keçən 30 il içərisində Audi yüksək gücə sahib bir çox model təqdim etdi. 1980-ci ildə bazara təqdim edilən məşhur “Quattro” modeli, ingilis istehsalçı Jensenin 1966-cı ildə buraxdığı FF modelindən bəri dünyada ilk dəfə çıxarılan 4×4 avtomobilidir. Bu model 5 silindrli turbo motorlu, kupe tipli bir idman avtomobili idi. Ayrıca bu modellə birlikdə Audi rallilərə qatılaraq yarışlarda 4×4 sistemini istifadə edərək ralli tarixində yeni bir cığır açdı. Audi bu irəliləyişlə texnologiyada zirvəyə çıxdı (Bu texnologiya daha sonra dünyanın dərhal bütün avtomobil şirkətləri tərəfindən istifadə edilib).
http://megabook.ru/stream/mediapreview?Key=Audi%2080%20GL%20(B1)%20(1972%E2%80%931976)&Width=10000&Height=10000
“Audi 80” modeli ilə birgə bütün modellər “Quattro” xüsusiyyətini qazandı. “Audi 80” markası 1986-cı ildə “baba avtomobili” imicinə sahib olsa da, 1991-ci ildə unudulmaz dizaynla bazara təqdim edildi. Bu model bazara bomba kimi düşdü və olduqca yaxşı satışa nail oldu.
İnkişaf edən texnologiya ilə Audi dünyanın ən inkişaf etmiş mühərrikini istifadə etməyə başladı. 1995-ci ildə S4 modelində istifadə edilən 4×4 mühərriki bu dövrə damğasını vurdu.
1994-cü ildə də dünyanın tamamilə alüminiumdan düzəldilmiş ilk seriyalı istehsal avtomobili olan A8 modelini təqdim edən Audi, bu modeli ilə alüminium uzaq xəttlərinə çatmış oldu. 90-cı illərin ortasında yeni silsilələrini bazara sürən Audi dünyanın ən keyfiyyətli avtomobilləri arasında yerini tutdu.
2000-ci ildən etibarən yarış dünyasının ən çətin və prestijli yarışlarından olan 24 saatlıq Le Mans yarışını 4 dəfə ardıcıl qazanan Audi, 2003-cü ildə VW qrupunun başqa bir markası olan Bentley ilə ancaq tamamilə Audi heyəti altında bu müvəffəqiyyətə imza atdı.
porsche_logo

4.Porshe

Ferdinand Porşe (1875- 1951) Porsche şirkətinin banisi, XX əsrin ən məşhur avtomobilinin “wolksvagen Juk” yaradıcısı və müasir dövrün ən məşhur avtomobil təchizatçılarından biridir.
Məktəbi və peşə məktəbini bitirdikdən sonra, 1889-cu ildə, Porşe tənəkəçi olaraq işə düzəlir. Onu işə götürən ilk adam öz atası olmuşdu.
Ferdinandın ikinci iş yeri elektrik mühərrikləri istehsal edən Vyana şirkəti olur. Texnik universitetinin tələbəsi Ferdinand Porşe bu şirkətdə süpürgəçi olaraq çalışırdı.
Porşe ailəsində Ferdinand adına böyük rəğbət bəsləyirdilər. Dahi mühəndis Ferdinand Porşe öz oğlunun adını Ferdinand (Ferri) qoyur. Ferri atasının adı ilə birlikdə onun istedadının da varisi hesab edilir. O, bütün dünyada çox bacarıqlı avtomobil təchizatçısı kimi tanınır.
https://upload.wikimedia.org/wikipedia/commons/1/13/Lohner_Porsche.jpg
Ferri də öz oğluna Ferdinand adını verir. Lakin qarışdırmamaq üçün uşağı Butsi deyə çağırırdılar.
Ata Ferdinand Porşenin qızı da öz oğlunu Ferdinand adlandırır. Lakin uşağa atasının soyadı (Pix) verilir. Ferdinand Pix uzun illər ərzində “Wolksvagen” şirkətinə başçılıq edib.
1900-cu ildə Ferdinand Porşe Lohner-Porsche adlı elektrik avtomobilini yaradır. Paris avtosalonunda möcüzəvi avtomobil səs-küyə səbəb olur və sərginin ən yaxşı avtomobili elan olunur. Növbəti gün 25 yaşlı Ferdinand artıq məşhurlaşmışdı. Bu hadisələr baş verən zaman Ferdinand Porşe Loner şirkətinin əməkdaşı idi.
Həmin ildə Ferdinand tamötürücülü elektrik yarış avtomobili yaradır və avtomobildə elektrik mühərrikə benzin də əlavə edir. Bu dünyada ilk hibrid mühərrik idi. Müasir dövrdə belə, hibridlərin nə qədər heyrətlə qarşılandığını nəzərə alsaq, dahi Porşenin öz dövrünü nə qədər qabaqladığını anlaya bilərik.
1906-cı ildə 31 yaşlı Porşe Austro-Daimler şirkətinin texniki direktoru olur. Lakin Ferdinandın həyatının əsl təyinatı yarış avtomobillərini icad və istehsal etmək idi.
1910-cu ildə Prusiya şahzadəsi Henrinin adını daşıyan yarışlarda Porşenin avtomobilləri rəqiblərinə heç bir fürsət buraxmayaraq ilk üç yeri qazanır. Avtomobillərin birinin sükanında Ferdinand özü əyləşmişdi.
http://www.avto-diag.com/wp-content/uploads/2011/05/1964_porsche911.jpg
Porsche avtomobillərində işəsalma açarı sükandan sol tərəfdə yerləşir. Bunun səbəbi Porşenin yarışları sevməsindədir. Məşhur “24 saat Le-Mana” yarışlarında sürücülər ilk növbədə qaçıb avtomobillərinə çatmalı, daha sonra isə avtomobilə minərək sürməyə başlamalı idilər. Sürücünün avtomobilə doğru qaçmağına sərf etdiyi vaxt da nəzərə alınırdı. Porşe işəsalma açarını sükandan sol tərəfdə yerləşdirir və yarışların lideri olur.
1931-ci ildə Ferdinand Porşe Daimler şirkətindən çıxır və öz işini yaratmaq qərarına gəlir.
Öz şirkətinə Ferdinand yetərincə təsiredici bir ad verir: “Avtomobillərin düzəldilməsi və mühərriklərin inkişafı üzrə təchizat və konsultasiya”.
Bu şirkətin çox saylı sifarişçiləri var idi. Lakin Ferdinand öz ixtiralarına da vaxt ayıra bilirdi. Bu dövrdə və bu şirkətdə daha sonralar bütün dünyada şöhrət qazanan Porsche brendi yaradılır.
1934-cü ildə Porşe alman hökumətindən milli avtomobillərin yaradılmasına aid sifariş alır. 1935-ci ildə Porşe «Wolksvagen» adlı ilk prototiplərini təqdim edir. Bu prototiplərin üzərində mühəndis Ferdinand Porşe öz şəxsi qarajında çalışırdı.
Ferdinand Porşenin yaratdığı məşhur «Qurdlar» ilk olaraq KdF (Kraft durch Freude — “ Sevinc vasitəsi ilə güc”) adlanırdılar. Belə avtomobillərin hər birinin qiymətinin 990 marka olacağı təxmin edilirdi. Və hər bir alman hər ay 5 marka yığmaqla 3 il 8 aydan sonra “Wolksvagen” avtomobillərini əldə edə biləcəkdilər. Lakin bu planların həyata keçməsinə İkinci Dünya Müharibəsi mane olur.
İlk dəfə əfsanəvi “Porsche 911” ictimaiyyətə 1963-cü ildə beynəlxalq avtomobil salonunda, lakin 901 rəqəm ilə təqdim olunmuşdu. Lakin daha sonra bu nömrənin altında ancaq Peugeot avtomobillərinin təqdim oluna biləcəyi məlum olur və Porsche avtomobilləri 911 nömrəsi altında təqdim olunur.
http://origin.porsche.com/sites/default/files/imagecache/Gallery/images/en/Crests.jpeg
Porsche-nin loqotipi 1952-ci ildə əmələ gəlir.
50 il ərzində Posche avtomobilləri bütün dünyada müxtəlif kateqoriyalarda 28 000-dən çox qələbə qazanıblar. Posche–dən başqa dünyada heç bir avtomobil şirkəti bu qədər uğur qazanmayıb.
1948-ci ildə Porsche zavodunda 356 modeli yaradılır və rəsmi olaraq Porsche adını alan ilk avtomobil olmuşdu. Təxminən bir aydan sonra avtomobil yarışlarında birinci yeri tutur.
1953-cü ildə Paris avtosalonunda ilk dəfə “Porsche 550 Spyder” nümayiş olunur. Yüngül, yığcam, manevrli 4-güclü mühərrik ilə təchiz olunmuş avtomobillər demək olar ki, dərhal bütün dünyada məşhurlaşır.
Porsche şirkəti ənənəvi olaraq bütün sahələrdə lider hesab olunur. Məsələn, ətraf mühitin qorunması, materialların təkrar emalı və s.
Hələ XX əsrin 70-ci illərində Ferri Porşe belə bir ifadə işlətmişdi: «Qiymətli dünya ehtiyatlarının istifadəsinə qarşı laqeyd olmaq olmaz. Onları bir dəfə istifadə edib, tullamaq israfçılıqdır. Ya texnikaların istifadə müddətlərini artırmaq lazımdır, ya da materialları bir neçə dəfə istifadə etmək üçün təkrar emaldan keçirtmək gərəkdir».
Və artıq 1973-ci ildə Porsche sinklənmiş metalla örtülmüş avtomobil təqdim edir. Bir şedevri yaratmaq üçün bütün xırdalıqlara və kompromislərə diqqət yetirmək lazımdır. Porsche-nin mühərrikinin unikal tonu xüsusi tədqiqat laboratoriyalarında yaradılır.
Bu laboratoriyalarda bir qrup alim yalnız avtomobilin səslənməsinin üzərində işləyirlər. Bizim eşitdiyimiz səs hər biri ayrı-ayrılıqda təchiz olunan komponentlərdən ibarətdir. Porsche-nin ideal səsləndirilməsinə nail olmaq üçün yeni texnologiyalardan istifadə olunur.
Porsche şirkətində hər zaman əməkdaşların novator ideyaları dəstəklənir. Məhz dahi mühəndis Ferdinand Porşenin sayəsində Porsche avtomobilləri bütün dünyada məşhurlaşıb.
Həmçinin şirkətdə əməkdaşların müəllif hüquqları və ideyaların qorunmasına da üstünlük verilir. Porsche şirkətinin bütün tarixi boyu milli və beynəlxalq səviyyədə olan patentlərə 3750 ərizə verilib və qəbul olunub.
http://assets7.thrillist.com/v1/image/1230404/size/tl-horizontal_main_2x/20-things-you-didn-t-know-about-enzo-ferrari

5.Ferrari

İtaliyalı mühəndis, avtomobil şirkətinin yaradıcısı Enzo Ferrari 1898-ci ildə Modenada (İtaliya) dünyaya gəlib.
O, artıq yeniyetmə yaşlarından qızğın avtomobil həvəskarı olub. Birinci dünya müharibəsi illərində Ferrari İtaliya ordusunda qulluq edib.
Enzo Ferrari özünün parlaq karyerasına Birinci dünya müharibəsinin sonunda başlayaraq, CMN (Costruzioni Meccaniche Nazionali) şirkətinin idman komandasının üzvü oldu. 1920-ci ildə onu pilot və sürücü-sınaqçı qismində Alfa Romeo şirkətinə götürdülər və Enso Ferrari özünün Skuderiya Ferrari adlı yarış komandasını yaratdı. Bu komandanın əsas vəzifəsi idman yarışlarında iştirak edən sürətli Alfa Romeo avtomobillərini təkmilləşdirmək idi.
http://www.conceptcarz.com/images/Ferrari/57-Ferari_335_Sport_DV-08_AI_01.jpg
1932-ci ilə qədər Enzo Ferrari yarışlarda iştirak etdi, ancaq oğlu Dino Ferrarinin doğumuyla yarışlardan ayrıldı və avtomobil zavodunda işləməyə başladı. Zavodda Ferrari əsasən matorların güçsüzlüğü və yüngul idman avtomobillərin təkmilləşdirilməsi üzərində işləməyə başladı.
Enzo Ferrarinin yarış avtomobillərini yaratma bacarığı onu Alfa Romeonun idman avtomobilləri departementinin direktoru vəzifəsinə gətirdi. Ancaq Enzo Ferrarinin imzaladiğı müqaviləyə əsasən, ona Alfa Romeodan ayrıldıqdan sonra dörd il ərzində avtomobil istehsal etmək qadağan edilmişdi.
1939-cu ildə onun komandası “Alfa-Romeo” şirkətindən ayrılır və Ferrari “Auto Avio Costruzioni Ferrari” müəssisəsini yaradır. İlk zamanlar müəssisə avtomobillər üçün müxtəlif avadanlıqlar istehsal edirdi. “Ferrari” adlı ilk avtomobil 1946-cı ildə istehsal olundu. Bu, “Ferrari 125” modeli idi.
http://i54.fastpic.ru/big/2012/1222/9d/efc5347e50971322b98a0cf511f9a79d.jpg
Əfsanəyə görə, 1921-ci il Ravennadakı qələbədən sonra Ferrarini Barakka qrafına — Birinci dünya müharibəsi zamanı həlak olmuş pilotun atasına təqdim edirlər. Ferrari görüş zamanı qrafinya ilə də tanış olur. Qrafinya oğlunun emblemini avtomobilin üzərinə vurmağı xahiş edir.
Beləliklə, bütün avtomobil həvəskarlarının yaxşı tanıdığı şaha qalxmış at emblemi yarandı. Əvvəllər Ferrari yalnız yarış avtomobilləri istehsal edirdi. Sonradan isə o, satış üçün idman avtomobilləri də istehsal etməyə başladı.
Enzo Ferrari 90 yaşında Modenada vəfat etdi.
yolter

6. Bentley

Bentley Walter Owen görkəmli ingilis konstruktor və sahibkar idi. O, 1888-ci ildə Londonda doğulub.
Bentley öz məşhur avtomobillərini yaratmamışdan öncə də məşhurluq qazanmışdı. O, karyerasına İngiltərədə az tanınan DFP adlı fransız şirkətində başlamışdı.
İlk 4 silindrli və 3 litr həcmli motora sahib avtomobili Bentley öz kolleqası F. T. Burgess və Henry Varley ilə birgə yaratmışdı.
http://www.dragtimes.ru/files/blog/c19472acce523fc51366e20d97fd527c.jpg
1919-cu ildə isə öz adı ilə Bentley adlandırdığı avtomobil şirkətinin əsasını qoydu.
1919-cu ilin payızında isə avtomobil Londonda bir avtosalonda nümayiş etdirildi. Avtomobil haqqında pis heç nə deyilməməsinə baxmayaraq, böyük səs-küyə səbəb olmadı.
http://home4cars.com/data_images/brands/bentley/bentley-05.jpg
Avtomobil yalnızca 1921-ci ildən etibarən ardıcıl olaraq buraxılmağa başladı.
30-cu illərdə Bentley şirkəti Rolls-Royce brendi tərkibinə daxil olur. Formal planda müstəqilliyin itirilməsi növbəti avtomobillərin istehsalında nə keyfiyyətin azalmasına, nə də prestijin enməsinə səbəb olmadı.
İndi Bentley SS Cars – silent sport cars (səssiz idman avtomobili) adını daşıyırdı.
İki şirkətin birləşdirilməsi Bentley şirkətinin xeyrinə oldu və onun avtomobilləri yüksək siniflərə mənsub avtomobillər içərisində liderə çevrildi. Avtomobillər arasındakı fərq ideyada idi.
Rolls-Royce avtomobillərində əsas ideya: özü arxa oturacaqda oturan, avtomobili isə sürücüsü idarə edən varlı şəxslər üçün avtomobil. Bentley isə əksinə olaraq sükan arxasında özü əyləşən varlı insanlar üçün avtomobil istehsal edirdi.
http://im.rediff.com/money/2011/dec/08rr.jpg

7. ROOLS-Roys

Rolls-Royce sözün əsl mənasında avtomobil aləmində bir əfsanədir. Bizim hazırkı günümüzdə tanıdığımız brend yaradıcıları tərəfindən böyük diqqətlə yaradılıb. Şirkətin bütün fəaliyyət mərhələləri Çarlz Stevart Rolls və Frederik Henri Royce təərfindən həyata keçirilib.
CS Rolls & Co. şirkəti 1902-ci ildə yaradılır və onun əsas fəaliyyəti avtomobil satışları ilə məşğul olmaq olur. Çarlz bu sahədə məşhur bir şəxsiyyət olan Klod Consonu işə cəlb edir. Tezliklə onun işləri müsbət nəticə verməyə başlayır və Rollsun şirkəti Böyük Britaniyada nəhəng avtomobil distribyutorlarından birinə çevrilir.
http://www.earlyaviators.com/rollscrash.jpg
Çarlz Rolls hazır avtomobillərin satışı ilə məşğul olsa da, onun öz avtomobilini yaradaraq soyadını məşhurlaşdırmaq arzusu hələ də aktual idi. Əlbəttə ki, şirkəti yenidən qurmaq mümkün olmayacaqdı, bunun üçün kiçik, lakin istedadlı bir şirkət tapmaq lazım idi. Belə kiçik şirkətlərdən biri də məhz Mançesterdə yerləşən F.H. Royce & Co. şirkəti idi.
Beləliklə 1904-cü ildə Çarlz Rolls və Frederik Royce tanış olur və tez bir zamanda ortaq dil tapa bilirlər. Tezliklə ilk avtomobillər təqdim olunur və tənqidçilər ilə yanaşı mətbuatdan da müsbət qiymətlər əldə edirlər. İlin sonunda isə ortaq Rolls-Royce şirkəti yaradılır.
İlk avtomobillər böyük uğurla satılırdı. Royce sözün əsl mənasında mükəmməl avtomobillər yaradır, Çarlz Rolls isə məharətlə onları satırdı. Bununla da, şirkət artıq tək Böyük Britaniya ilə kifayətlənmədi və artıq tez bir zamanda Rolls-Royce avtomobilləri Avropada da satılırdı.
1906-cı ildə isə şirkət öz avtomobillərini Nyu-Yorkda təqdimata çıxardı. Amerika böyük sevinclə britaniyalı “yollar kralını” qəbul etdi.
http://cdn.bmwblog.com/wp-content/uploads/2015-rolls-royce-ghost-test-drive-23.jpg
ABŞ-a səfər tək şirkət üçün uğur deyil, həm də Çarlz Royc yeni bir əyləncə qazandırdı. Belə ki, o, ABŞ-da Rayt qardaşları ilə tanış oldu və pilotluqla maraqlanmağa başladı. Aviasiya onun könlünü fəth etmişdi. O tezliklə bu sahə üzrə gərəkli bilikləri əldə etdi və hətta La-Manş üzərindən uçmağı ilə fəxr edirdi. Rollsun əyləncələri biznesin inkişafına da kömək etdi. Belə ki, şirkət aviamühərriklər istehsal etməyə başladı və bu ənənə bu gün də davam edir.
Lakin 1910-cu ildə aviasiya şirkətə böyük ziyan vurdu. Çarlz Rolls 33 yaşında təyyarə qəzasında vəfat edir. Rolls-Royce şirkəti bütünlüklə Frederik Royce-un səlahiyyətinə keçir.
Bu dövrdə brend yarış avtomobilləri sırasında görünməyə başlayır. Məhz yarışlardakı uğurlar Frederik Royce-a böyük uğurlar gətirir. 1933-cü ildə isə o dünyasını dəyişir və bundan sonra Rolls-Royce-un tarixi onun yaradıcıları olmadan davam edir.
1931-ci ildə Rolls-Royce öz avtomobilləri ilə şöhrət qazanmış Bentley-ni əldə edir. Bu şirkətin təqdim etdiyi avtomobillərin sırasını genişləndirdi.
Hazırda şirkətin işləri əvvəllər olduğu kimi elə də uğurla getmir. Rolls-Royce-un satışla bağlı “qızıl illəri” artıq geridə qalıb və brend də həmişəki populyarlığını itirib. Bununla demək olmaz ki, brend bütünlüklə qüvvədən enib, xeyr, yalnızca onun uğurla zəngin illəri XX əsrlə birgə geridə qaldı.
http://scars.ru/pages/lamborghini/history/his02.jpg

8. Lombordhgini

Çox az adam bilir ki, Lamborghini kimi məşhur super idman avtomobillərinin yaranma tarixçəsi traktor istehsal edən zavoddan başlayıb. Onun yaradıcı isə Ferruçço Lamborgini adlı bir fermer olub.
Bu zavod Ferruççoya yaxşı gəlir gətirirdi və o öz əbədi arzusu olan Ferrari avtomobilini ala bilmişdi. Lakin ilk təəssüratlar elə də yaxşı deyildi. Belə ki, onun əldə etdiyi Ferrari 250 GT avtomobilinin qarmaq hissəsində nasazlıqlar yaranırdı və onu tez-tez təmir etmək lazım gəlirdi.
http://www.classicdriver.com/sites/default/files/styles/article_full/public/lamborghini-istorie-102_0.jpg?itok=WEpAQHaD
Xoşbəxtlikdən bu detalla Lamborgini traktorlarının detalları üst-üstə düşürdü və o öz Ferrarisini öz zavodunda təmir edə bilirdi.
Avtomobilin quruluşunu bütünlüklə öyrənən Ferruçço bir neçə məsləhət vermək üçün Enço Ferrarinin yanına getdi.
Lakin Enço Ferrari çox əsəbləşdi və onu bu sözlərlə təhqir etdi: “Sən adi fermersən və bahalı maşınlar haqqında heç nə bilmirsən. Əgər xoşuna gəlmirsə, daha yaxşısını düzəlt!”
http://srv2.betterparts.org/images/lamborghini-350-gt-12.jpg
Mexanika dahisi və italyan xarakterli Ferruçço Lamborgini üçün bu cavab açıq təhdid idi. Öz biznesi sayəsində milyon lirə pul yığaraq o V12 mühərrikli şəxsi avtomobilini yaratdı.
Daha sonralar Ferruçço Sant’Agata şəhərciyində öz avtomatlaşdırılmış zavodunu yaratdı və Ferrarinin bir neçə təcrübəli mühəndisini öz işinə cəlb etdi.
Tezliklə, 1963-cü ildə əfsanəvi Lamborghininin 350GT avtomobili yaradıldı və bu avtomobil öz sürətini saatda 150 milə qədər artıra bilirdi.
http://www.maserati.com/mediaObject/redesign/H-Art-15/100-years/2/resolutions/res-l964x10000/2.jpg

13. Maseratti

Mazerattinin hekayəsi Rodolfi Mazerattinin adı ilə başlayır. Rodolfinin böyük oğlu Karlo Mazeratti 17 yaşında özünün ilk dizaynı olan silindirli mühərriki hazırladı və ilin sonunda Fiat şirkəti tərəfindən pilot kimi işə götürüldü. O, bu zaman ərzində boş vaxtlarında yeni bir mühərrik də hazırlayıb, taxtadan olan avtomobilin içərinə yerləşdirdi. Beləliklə ilk Mazeratti yarandı.
1909-cu ildə Karlo öz şirkətini qurur. Əlbəttə ki, onun avtomobilə olan həvəsi itmir. Onun yeni hədəfləri dizayn və yeni super təyyarə hazırlamaq idi.
Lakin 1910-cu ildə ağciyər xəstəliyi onun arzularına və həyatına son qoyur. Bu qardaşlar üçün böyük bir itki oldu. Lakin Karlo çox parlaq bir ideya qoyub, getmişdi. Bunun məsuliyyəti onun qardaşı Alfierinin çiyinlərinə düşdü.
Alfieri bu işi davam etdirdi və böyük uğurlara imza atdı. İtaliya müharibə şəraitində olduğu üçün bu, çox çətin oldu. İtaliya ordusunun yeni kəşflərə ehtiyacı vardı və bunu Mazeratti qardaşlarından olan Alfieri etdi.
Alfieri digər qardaşlarını da bu işə cəlb etməyi qərara aldı. Mario adlı qardaşı mühəndisliklə bağlı heç bir şey bilmirdi. Amma o, çox yaxşı rəssam idi.
Alfieri ondan avtomobilin logosunu hazırlamasını istədi. Mario Bologna şəhərinə xas olan, güc və enerjini simvolizə edən üçdişli nizəni və həmin şəhərin bayrağında olan qırmızı və mavi rəngi loqo üçün istifadə etdi.
Həmin gündən sonra Mazeratti bir neçə yarışlarda iştirak edib. Sürət rekordlarını tez-tez yeniləyib.
Ən son 2014-cü ildə Alfierinin konsepsiyası olan sport avtomobil dizayn edildi.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir