HEBSXANA

Dünyanın qorxunc ada həbsxanaları…

Baxış sayı: 1. 450

Danimarkanın paytaxtı Kopenhagenin Baltik dənizinin aşağı adalarında sanki həyat dayanıb. Lindholm adası sahildən 2 kilometr aralıda yerləşir.

Yerli sakinlər buranı “Quantanamo körfəzi” adlandırırlar. Adada 100-dən artıq cinayətkarı saxlamaq nəzərdə tutulub.

Lakin hökumətin bu planı narazılıqla qarşılanıb. Sakinlərin fikrincə, bu bir fəlakətdir və dünyada Danimarkanın nüfuzuna xələl gətirəcək.

1920-ci illərdə elmi laboratoriyaya çevrilən Lindholm adasına girişə məhdudiyyət qoyulub. Hazırda heyvanlarda ölümcül xəstələri araşdıran mərkəz burada fəaliyyətdədir.

Lakin hökumət 100 milyon dollar xərcləyərək, qarşıdan gələn üç ildə bu adanı açıq həbsxanaya çevirməyi planlaşdırır. Ada ağır cinayətlər törətmiş, öz ölkələrinə deportasiya edilə bilməyən xarici cinayətkarlar üçün ev olacaq.

Onlar mütləq adada gecələməlidirlər, günorta isə bərəyə minərək Kelvehle limanına getmələrinə icazə veriləcək.

Adaya yaxın qəsəbədə yaşayan sakinlər indidən qorxmağa başlayıblar. Onlar sual edirlər ki, insanlar məhbuslarla eyni bərədə geri qayıdarkən necə davranacaqlar.

“Bu, bizim sevimli qəsəbəmizə mənfi təsir göstərəcək”, – deyə sakinlərdən biri “Amerikanın Səsi” radiosuna danışır.

İnsan haqları təşkilatları da belə həbsləri insan hüquqlarına zidd hesab edir. Danimarkanın miqrasiya naziri planı təsdiqləyib.

Quantanamo ile ilgili görsel sonucu

Lakin bu, ilk belə ada həbsxanası deyil. Elə dünyanın ən ağır cinayətlər törətmiş, terrorçuluğa görə həbs edilmiş məhkumlarını Quantanamo həbsxanasında saxlayırlar.

Kuba ərazisində yerləşən və ABŞ-ın nəzarətində olan bu həbsxana Quantanamo körfəzi ərazisində yerləşir, adanın cənub-şərqindədir.

Kuba hökuməti ABŞ-ın Quantanamodakı fəaliyyətini qanunsuz hesab edir. Amma 1903-cü ildə iki ölkə arasında müqavilə bağlanıb və Amerika bura əbədi nəzarət etmək imkanı əldə edib.

Körfəzdə Əfqanıstan, İraq və dünyanın bir sıra başqa ölkələrindən olan hərbi əsirlər də saxlanır.

Sahəsi 115 kvadrat kilometr olan adada 2700 ABŞ hərbçisi var. 2010-cu ildən Quantanamo bağlanmalıdır, lakin icra edilməyib.

Digər bir ada həbsxanası Türkiyədədir. Kürdlərin silahlı terror birləşməsi olan PKK-nın lideri Abdulla Öcalan hazırda Mərmərə dənizinin İmralı adasındakı həbsxanadadır.

Quantanamo ile ilgili görsel sonucu

İmralını 700 nəfərlik jandarma qüvvəsi mühafizə edir. Adanı dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilindən isə 20 kilometrlik boğaz ayırır. İstanbulla arasında məsafə 65 km-dir.

Alkatraz San Fransisko körfəzində yerləşən adadır. Ada ərazi cəhətdən Kaliforniya ştatına aid edilir. Alkatraz adasını məşhur edən sözsüz burada yerləşən həbsxanadır.

Bura xüsusi təhlükəli cinayətkarlar, həmçinin digər həbsxanalardan qaçmağa cəhd edənlər üçün istifadə edilib. Hazırda fəaliyyətini dayandırıb və bura muzey kimi istifadə olunur.

İmralı ile ilgili görsel sonucu

Hindistanın 1 600 km cənubunda olan Dieqo Qarsia adası böyük bir həbsxanaya çevrilib. Ada Quantanamo həbsxanasının oxşarıdır.

ABŞ və İngiltərənin inkişaf etmiş sorğu texnikasından burada da istifadə edildiyi deyilir. Adada yüzlərlə məhbusun istintaqa cəlb edildiyi, hətta bəzilərinin tamamilə yoxa çıxdığı bildirilir.

Dünyada elə həbsxanalar var ki, öz rahatlığı ilə dünyanın bir sıra hotellərini geridə qoyurlar.

Məsələn, Norveçdə, adada yerləşən “Bastoy” həbsxanası… Həbsxanada qətllərdə, təcavüz və yaxud narkoticarətdə təqsirləndirilən yüzlərlə cinayətkar məhkumluq həyatı yaşayır.

Lakin onların burada yaşadığı həyatı “məhkumluq həyatı” adlandırmağa adamın dili gəlmir. Burada heç bir məhdudiyyət və yaxud elektrik cərəyanına qoşulmuş məftillər yoxdur.

Məhkumların özləri isə rahat kiçik kotteclərdə yaşayırlar. Onlar burada kənd təsərrüfatı ilə məşğul olur, məhsul yığır, heyvan saxlayır və bəzən də meşə qırmağa cəlb olunurlar.

Quantanamo ile ilgili görsel sonucu

Bundan əlavə, əla çimərlik, balıq tutmaq üçün yer, tennis kortları, sauna və hətta at sürmək üçün ərazilər də onların xidmətindədir.

Norveçin digər həbsxanası olan Bastada isə məhkumlar adada saxlanırlar. Onlar tennis oynayır, xizək sürür, balıq tuturlar.

Azərbaycanda da vaxtilə ada həbsxanası olub. 1914-cü ilin dekabrından başlayaraq Qafqaz cəbhəsində Rusiya ilə döyüşən türk ordusunun əsir alınan əsgər və zabitləri olduqca ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparmalı oldular.

Əsir alınanları Rusiyanın müxtəlif həbs düşərgələrinə aparmaqla yanaşı, mülki türk vətəndaşlarını Bakının müsəlman əhalisinin gözü qarşısında nümayişkaranə şəkildə Xəzər dənizindəki Nargin adası (indiki Böyük Zirə) adasına daşıyırdılar.

Nargində tək hərbi əsirlər deyil, Şərqi Anadolunun rus işğalına məruz qalmış Qars, Ərzurum, Ərdəhan bölgələrində yaşayan mülki əhali də yerləşdirildi.

Onların arasında qocalar, qadın və uşaqlar da vardı. Hərbi düşərgədə almanlardan, avstriyalılardan, bolqarlardan olan çeşidli millətlərin nümayəndələri ilə yanaşı, 10 minə yaxın türk vətəndaşı da öz talelərini yaşayırdı.

Çar Rusiyasının devrilməsi, müvəqqəti hökumətin qurulması və hakimiyyət boşluğunun yaranmasından sonra həbsxana daha dəhşətli vəziyyətə düşüb.

1917-ci il fevralın 25-də düşərgənin türk və alman əsirləri Rus Qafqaz Ordusu komandanı Oçilidzeyə məktub göndərərək həbsxanada vəziyyətin dözülməz olduğunu bildirərək tədbir görülməsini xahiş ediblər, heç bir müsbət nəticəsi olmayıb.

Həbs düşərgəsində əsirlərin vəziyyətinin dözülməz olduğu haqda ilk dəfə rəsmi şəkildə Nəriman Nərimanov “Hümmət” qəzetində “Göz yaşı tökdürən Cəzirə” məqaləsi ilə çıxış edib. Son illərdə isə hökumət Nargin adasında turizm layihələri həyata keçirməyi planlaşdırmışdı.

 

Emil SALAMOĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir