oyun

Həbsxana, yoxsa istirahət mərkəzi? – FOTOLAR

Baxış sayı: 477

Dünyada  elə həbsxanalar var ki, burada olan  şərait, yaşayış heç də təsəvvür etdiyimiz  kimi deyil.

Bu həbsxanalarda belə yaxşı şəraitin yaradılmasında məqsəd cinayət törətmiş məhkumların psixologiyasını dəyişib, onları yenidən cəmiyyətə geri qaytarmaqdır. Qəribə səslənsə də, lakin bu, faktdır. Bu həbsxanalardan bəzilərini  təqdim edirik.

 

“Storstem”- Danimarka

2018-ci ildə Danimarkanın Qundslev şəhəri yaxınlığında yeni həbsxana açılıb.

Dünyanın ən rahat həbsxanası adlandırdığı “Storstrem”də kilsə, bağlar, xüsusi dizayn olunmuş sanitar qovşaqları və digər yerlər var. Bu penitensiar müəssisənin tikintisi təxminən  160 milyon dollara başa gəlib.

Həbsxana 250 yerlikdir. Məhbusların hər birinə təqribən 40 kv.m-lik fərdi kamera ayrılır.

Hər bölmədə televizor, soyuducu, şkaf, böyük pəncərə və hamam var. Məhbuslar üçün idman meydançası da nəzərdə tutulub.

Asudə vaxtlarda məhkumlar gəzə, müxtəlif ustad dərslərində iştirak edə, idmanla məşğul ola, həmçinin rəsm çəkə, ibadət edə bilərlər.

Ərzaq mağazası, kitabxana və ümumi mətbəxi olan həbsxanada cinayətkarlar öz zövqlərinə uyğun yemək də hazırlaya bilərlər.

Ümumilikdə “Storstrem” ilk baxışdan xəstəxana və ya kurorta bənzəyir.

 

Sanqader- Hindistan

Bu  həbsxananın nə kameraları var, nə də dəmir barmaqlıqları var. Açıq havada yerləşən həbsxananın  küçələrində balaca uşaqlar qaçışırlar, çünkü  burada olan məhbuslar öz ailələri ilə qalırlar. Yaxınlıqdakı şəhərə icazəsiz gedib-gəlirlər. Amma bir şərtlə ki, görüş saatları əsasən  gündüz saatlarına təsadüf etsin.

Cəzasını çəkib qurtarmış məhbuslar buranı tərk etmək istəmir, hətta ağlayırlar. Axı burada yaşamağa öyrəşiblər.  Sanqaner kəndində yerləşən həbsxanada  məhbuslar öz ailələri ilə taxta evlərdə yaşayırlar. Bu evləri ya özləri tikir, ya da cəzası başa çatmış məhbuslardan pulla alırlar. Düşərgədə yeməkxana da yoxdur. Hərə öz yeməyini öz evində bişirir.

Həbsxananın ərazisindən 10 km radiusdan kənara çıxmağa məhbuslar üçün qadağa yoxdur. Ancaq bunu səhər 7-dən axşam 6-dək edə bilərlər. Məhbusların qohumlarına isə ümumiyyətlə, qadağa yoxdur. Nə vaxt istəsələr düşərgəyə gəlir, nə vaxt istəsələr gedirlər.

Asiyanın açıq tipli bu həbsxanasının əsası 1958-ci ildə qoyulub. Ərazisi 40 min kv.metr olan həbsxanada əsasən ehtiyatsızlıqdan qətl törədən şəxslər cəza şəkir.

Həbsxananın yaranma tarixi də maraqlıdır. 1958-ci ildə ekranlara “Bollivud” istehsalı olan “2 göz və 12 ayaq “ filmi çıxdı. Komediya janrında olan filmdə həbsxana nəzarətçisi məhbusları xeyirxaq işlərlə zorakılığı unutdurmağa, islah etməyə çalışır və  onlarla birgə ferma açır. Əvvəl hər şey alınmasa da film yaxşı sonluqla bitir.

Bu film çox adamı ruhlandırır. O cümlədən Racəhastan ştatının qubernatorunu. O, ştatın ərazisində belə bir penitensiar düşərgənin yaradılmasına qərar verir.

1996-cı ilədək düşərgənin ərazisində cəmi 3 ev və bostan işləri ilə məşğul olan 35 məhbus var idi.  Əvvəlcə bu eksperiment uğursuz hesab edilsə də, lakin həmin  həbsxanaya yeni zabit Arun Duqar adlı şəxşin gəlişi ilə burada hər şey tamamilə dəyişir.  Həbsxana müdürünün  müavini təyin olunan bu gənc yenilik etmək qərarına gəlir. O, Mahatma Qandi ideyalarından yararlanaraq, insanı əməklə islah etmək, məhbuslara daha çox azadlıq vermək, fermer təsərrüfatlarını inkişaf etdirmək qərarına gəlir. Gənc məmurun müxtəlif instansiyalara ayaq döyməsi müsbət  nəticə verir. Bu layihə hökumətə də sərf edirdi. Çünki, məhbuslar özlərini dolandıracaqdılar və dövlət büdcəsindən onlara bir rupi belə xərclənməyəcəkdi. Gözləntilər özünü doğruldur. Hazırda Hindistanda 61 belə həbsxana var. Ancaq məhbuslara ən çox azadlıq elə Sanqanerdə verilib. Qeyd edək ki, burada  düşərgə məhbusları hər gün səhər 6-da və axşam 7-də sıraya düzülürlər. Hər bir məhbusun adı çəkilir. Məhbus düzülüşə gəlməyə bilər, ancaq bu haqda nəzarətçiləri xəbərdar etməlidir. Əks halda, məhbuslar qaçmış sayılırlar. Nəzarətçilər məhbusları saymaqla yanaşı, onları evinin ətrafında zibillik, natəmizlik və diğər bu kimi şeylərə görə tənbeh edə bilər. Düşərgədə 450 məhbus var. Hər birinin ailəsi, evi, evin də yanında zibil qabı var. Məhbuslar təmizliyə ciddi riayət etməlidirlər. Məhbus evləri azadlıqdakı insanların  evlərindən az fərqlənir.

Adətən evin qonaq otağı, televizoru, mətbəxi, balaca anbarı olur. Anbarda bəzisi inək, bəzisi moped saxlayır. Bəzi varlı məhbusların avtomobili olur. Mobil telefon isə hamıda var.

Elektrik enerjisi, su və sair xərclərlə bağlı məsələləri məhbusların seçdiyi ağsaqqallar həll edir. Pulları yığıb onlara verirlər, onlar isə müvafiq təşkilatlarla müqavilə imzalayırlar.

Həbsxanada pulsuz ibtidai məktəb və parça fabriki var. Ən kasıb məhbus belə ayda 1500 rupi qazana bilir. Çoxları isə boğazından kəsib azadlıqdakı həyatları üçün pul yığır.

Sanqanerə düşmək elə də asan deyil. Bura məhkəmə zalından birbaşa gəlmirlər. Məhbus cəzasının adətən 3/2 hissəsini adi həbsxanada çəkir. Nümunəvi davranışı ilə seçilən məhbuslar bura gətirilə bilər.Narkotik alverçiləri, zorakılıq üstündə tutulanlar, psixi narahatçılıqları olan insanlar sanqanerə göndərilmir.

1996-cı ildən bəri həbsxanadan cəmi 3 məhbus qaçıb. Onlardan birini sərxoş tapıblar, biri özü qayıdıb. Biri isə ümumiyyətlə, tapılmayıb.

Özünü pis aparan məhbuslar yenidən adi həbsxanaya qaytarılır. Buran əsas şərlərindən biri də odur ki, məhbuslar mütləq ailəli olmalıdır.

Məhbusların uşaqları və qadınları özlərini narahat hiss etməməsi üçün Sanqanerdəki nəzarətçilər belə  formasız adi geyimdə gəzirlər. Nəzarətçilər məhbuslarla açıq ünsiyyətə girir, bir yerdə çay içir, söhbətləşirlər.

Çox maraqlıdır ki, məhbuslar etiraf edirlər ki, buradakı həyat azadlıqdakı həyatdan daha təhlükəsiz və qayğısızdır.

 

Torstroym – Danimarka

Torstroym adlı həbsxanada 250 məhbus üçün nəzərdə tutulan zindanda hər bir şəxs üçün 4 kvadrat metrlik ərazi nəzərdə tutulub. Bu otaqda vanna otağı, soyuducu, şkaf, televizor, pəncərə və yazı masası var. Burada, həmçinin  məhbuslar üçün kilsə, idman meydançaları, bağça, bostan və hər bir əşya ilə təmin edilmiş mətbəx fəaliyyət göstərir. Əgər məhbus buranın yeməklərindən narazı qalarsa, onda o, özü üçün ayrıca yemək bişirə bilər. 5 il ərzində  160 milyon dollara ərsəyə gələn bina dünyadakı ən komfort  həbsxanalar sırasına daxildir.

 

Fuhlsbuettel – Almaniya

2011-ci ildə inşa edilən “Fuhsbuettel” həbsxanasında  məhbusların məmnuniyyətini və rahat yaşamaq standartlarını artırmaq məqsədi ilə yenilənən kameraları bir tələbə yataqxanasından  heç də fərqlənmir. Çox maraqlıdır ki, modern həbsxanada  məhbusların kameralarında özlərinə aid hamamları və tualetləri də mövcuddur.

 

Cebu – Filippin

Həbsxanın məhbusları burda göstərdikləri rəqs şouları ilə dünyada məhşur olublar. Rəqs şoularının videoları internetdə milyonların marağına səbəb olub. Həbsxana binası o qədər möhtəşəm olmasa da, burada məhbusların günləri çox əyləncəli keçir. Gözəl rəqs edən  məhbuslara  həbsxana heyəti tam dəstək olur.

 

Addiewell – Şotlandiya

Cənubi Şotlandiyadakı bu həbsxanaya bir peşə öyrənmək mərkəzi deməyimiz daha düzgün olar. Həftədə 40 saat peşə təhsili alan məhbuslar burda normal həyata hazırlanırlar.

 

 Halden – Norveç

Ölkənin Halden şəhərinin ətrafında meşənin 30 hektarını əhatə edən həbsxana binasında “cəzanın çəkilməsi üçün” hər cür şərait yaradılıb. Həbsxana 10 il ərzində tikilib və bu iş üçün 252 milyon ABŞ dolları xərclənib. 12 kv. m. sahəsi olan hər kamerada hamam və televizor var. Həbsxanada səsyazma studiyası, tibb mərkəsi və bir çox məkanlar yerləşir. Burada 252 nəfər saxlanıla bilər.

2010-cu ildə fəaliyyətə başlayan bu həbsxananın kameralarında soyuducu, televizor, pəncərə, bir sözlə normal bir evdə olan hər şey burda var. Aşbazlıq və musiqi dərsləri, gəzmək üçün xüsusu yer –  hər cür şərait var. Hətta həbsxana bələdçiləri məhbuslarla aralarındakı münasibəti normal saxlamaq üçün silah gəzdirmirlər.

 

Aranjuez – İspaniya

Bu həbsxanada maraqlı qaydalar tərtib olunub. Belə ki, 36 kamerası olan Aranjuez həbsxanasında uşaqlı ailələrin uşaqlarının üç yaşına qədər ata-anaları ilə qalmaqlarına icazə verilir. Uşaqlar 3 yaşına çatdıqdan sonra qohumlarına və kimsəsizlər evinə verilir. Bunu əsasən uşağın həbsxana şəraitində böyüməməsi üçün edirlər.

 

Bastoy – Norveç

Hal-hazırda bu həbsxanada saxlanılan təcavüzkarların, qatillərin və digər ağır cinayət işləmiş məhbusların  sayı təxminən  115-dir. Burada  məhbuslar üçün xüsusi iş rejimi qurulub. Olar saat  7:30-14:30 arasında işləyib, qazandıqları pulu yerli bir marketdə xərcləyə bilərlər.

1 2 3 4 5 6

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir