yer

Dünyanın sirli bölgələri: 30 metr dərinlikdə yerləşən mərkəz… – FOTOLAR

Baxış sayı: 1. 348

Dünyanın bütün bölgələrində insanların gəzib görmək istədikləri xüsüsi gözəl məkanlar var.

Lakin bir çox ölkələrdə bəzi yerlər var ki, o ərazilərə insanların buraxılması qadağan edilib. Bu ərazilərə insanların buraxılmaması qorxunc səslənsə də səbəbini heç kim bilmir.

Dünya ölkələrində yerləşən bəzi məkanlar haqqında maraqlı faktları və oraya insanların nədən buraxılmamasının səbəblərini təqdim edirik.

Kofun – Yaponiya

Bu adada Yaponiya imperatorunun ailə məzarlığı yerləşir. Buraya yalnız çox nadir hallarda arxeoloqları buraxırlar. O da məhkəmənin icazə kağızı olandan sonra…

Kofun, Japonya

Şimali Sentinel adası – Hindistan

Bu adaya isə təkcə turistlər yox, polislər belə yaxınlaşa bilmir. Səbəbi isə adadakı yerli camaat buraya gələn hər kəsi daşlayaraq qovmasıdır.

Kuzey Sentinel Adası, Hindistan

51-ci bölgə – ABŞ

Bu bölgə haqqında bir çox insanın məlumatı var. Hətta bir çox filmlərdə də yer alan 51-ci bölgə ABŞ-da yerləşir. ABŞ-ın rəsmi olaraq bəyan etdiyi açıqlamada bu ərazinin hərbi təyyarələri test etmək üçün istifadə olunduğu qeyd edilirdi. Bu ərazini qoruyan əsgərlərə kimliyindən asılı olmayaraq icazəsiz girmək istəyəni vurmaq səlahiyyəti verilib. Hətta əraziyə daxil olmaq istəyən general olsa, belə…

51. Bölge, ABD

Kahoolave adası – ABŞ

İddialar görə, keçmişdə bu ərazidə dini mərasimlər keçirilirmiş. Sonradan amerikalı məhbusların sürgün yeri kimi də istifadə olunub. Daha sonra ABŞ-ın hərbi donanması burada təlimlər keçib. Hazırda bu ərazi qoruma altında deyil, lakin bir çox insan bu ərazi haqqında məlumatı olduğu üçün getməkdən çəkinir. Yalnız buraya ərazini abadlaşdırmaq üçün tez-tez gedən bir könüllü qrup var.

Kaho’olawe Adası, ABD

BT qülləsi – İngiltərə

Qüllənin içində baş verən partlayışdan sonra fırlanan restoran bağlandı. Qeyd edək ki, burada ən çox xeyirxah insanlar görüşlər keçirərək, ehtiyacı olan insanlara bir çox maliyyə yardımları edirdilər. Ondan əlavə buradan Londonu fərqli görmək imkanı qazanırdılar.

BT Tower, İngiltere

İSE məbədi – Yaponiya

Yaponiyanın ən müqəddəs ərazilərindən sayılan bu məbədə yalnız imperator soyundan gələnlər və keşişlər girə bilir. Qalan insanlar isə hasarın arxasından bu məbədi seyr edə bilirlər.

Ise Tapınağı, Japonya

Sable adası – Kanada

Atlantik okeanında yerləşən bu adanın əhaləsi 30 nəfəri keçmir. Bu ada xarab olmuş və batan gəmilərin məzarlığı kimi də istifadə olunur. Buranı ziyarət etmək istəyən insanlar Kanada hökümətinə yazılı surətdə müraciət etməlidirlər. Müraciətdə də ziyarətin səbəbləri izah edilməlidir.

Sable Adası, Kanada

Sionen məlumat mərkəzi – İsveç

Bu mərkəz soyuq müharibə zamanı Stokholmda qurulub. Mərkəz yerin 30 metr dərinliyində yerləşir. Bu mərkəzdə bir çox dünyaca məşhur saytların gizli məlumatları qorunur.

Sionen Veri Merkezi, İsveç

“DON-2 N” radar stansiyası – Rusiya

Bu stansiya Moskvanın raket müdafiə sisteminin bir hissəsi sayılır. Stansiyanın rəhbərinin təşkilatçılığı ilə nadir hallarda jurnalistlərə buranı görmək imkanı verilir. Ancaq onların içəridə olanların yalnız kiçik bir hissəsini görməyə icazələri var.

Don-2N Radar İstasyonu, Rusya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir