Zumrud

Duyğularınızla birbaşa əlaqəli olan 7 ağrı növü – “SEANS VAXTI”

Baxış sayı: 543

1) Baş ağrıları və miqren

Xroniki baş ağrıları və miqrenlərin əksəriyyəti gündəlik stresdən qaynaqlanır. Narahatlıq da baş ağrılarına səbəb olur. Bastırılmış emosiyalar, narahatlıq və yorğunluq kimi vəziyyətlər əzələləri gərginləşdirə bilir. Bu şəkildə genişlənmiş damarlar miqrenin şiddətini artıra bilər. Baş ağrısına təsir edən digər amil ətrafımızdakı insanlardır. Məsələn, səhv seçim partnyorunuz və ya narsist patronunuz otağa girəndə baş ağrınız artırmı?  Əgər baş ağrılarınız və ya miqrenləriniz bu insanlar həyatınıza girdikdən sonra baş veribsə, ağrınızın səbəbi duyğularınız ola bilər.

 

2) Boyun və çiyin ağrısı

Stress bədənimizdə yığılmağa başlayanda özünü göstərdiyi ilk yer boyun və çiyinlərimizdir. Xroniki boyun və çiyin ağrıları çox vaxt başqalarının yükünü öz üzərinə götürmək, bir insanı və ya hadisəni unuda və ya bağışlaya bilməməkdən yaranır.

 

 3) Bel ağrısı

Bel ağrısının emosional səbəbi ağrı sahəsindən asılıdır. Səbəblər insandan insana dəyişir.

1) stolüstü işlər

2)  az məşq

3) həll edilməmiş psixoloji problemlər  

4) depressiya,

5)  narahatlıq 

 

4) Qarın ağrısı

Emosional stress həzm sistemimizə mənfi təsir göstərir. Uzun müddətli depressiya, narahatlıq və ya travma sonrası stress pozğunluğu müəyyən bağırsaq sindromlarına, xroniki xoralara və digər şərtlərə səbəb ola bilər. Mədə xəstəliklərinin çoxu ətrafdakı insanlara və ya hadisələrə dözə bilməməkdən yaranır. Bu ağrılar həm də içində olduğunuz vəziyyətin həyat tərzinizə və vərdişlərinizə uyğun olmadığını göstərə bilər.

 

 5) Menstruasiya ağrıları

Hər ayın müəyyən vaxtı qadınlar üçün ağrılıdır. Ancaq ağrı həddindən artıqdırsa və ya xroniki hal alıbsa, əsas səbəb insanın emosiyaları ola bilər. Bu problemlər menstruasiya zamanı, biz qadınların qarşılaşmaq istəmədikləri hisslər və ya mənfi düşüncələrə sahib olduqları zaman yarana bilər.

 

6) Əl və ayaq ağrısı

Ombalarımızdakı ağrı, böyük bir qərar verməkdə narahatlığı göstərə bilər. Keçmişdən bir hadisəni geridə qoymaq istəyirsiniz?  Diz ağrısı gələcəyə qarşı nə qədər yönəlmiş olduğunuzu göstərə bilər. Yeniliklərə açıq olmayan insanlarda daha çox rast gəlinir. Qolumuzdakı ağrı, həyatımızda baş verən hadisələrə və təcrübələrə tutunmağın nə qədər çətin olduğunu göstərə bilər.

 

 7) Bütün bədən ağrısı

Bəzən bütün əzələ sistemimizə yayılan ağrı diqqətimizi emosional sıxıntımızdan yayındırmaq üçün müdafiə mexanizmi kimi çıxış edir.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir