cv

Düzgün CV hazırlamağın qaydaları

Baxış sayı: 1. 710

Bildiyiniz  kimi, CV yeni işi qazanmaq  üçün əsas açarlardan biridir. Ola bilsin ki, birinci dəfədir CV hazırlayırsınız, ya da CV-nizi yeniləmək istəyirsiniz. “Gencaile.az” olaraq, sizə CV-nin düzgün yazılması üçün lazım olan addımları təqdim edirik:

CV-də sizin keçmişiniz haqqında məlumat ən çox  iki səhifə olmalıdır. (Akademik CV daha uzun ola bilər.) Lazımsız məlumatlar əlavə etməkdən uzaq durun. Uzun paraqraflar yazmayın. Nəzərə alın ki, CV təhlillərinə ən çoxu 1-3 dəqiqə vaxt ayrılır. CV  birinci ya da üçüncü şəxsin təkinin dilindən yazılmalıdır. Adətən, “Times New Roman” və ya “Arial” kimi asan oxunan şriftlərdən istifadə edilməlidir, 11 ya da 12 ölçüdə yazılmalıdır. Söz və cümlələrin altına xətt çəkməyin (İnternet adresləri xaric). Üslub qaydalarına fikir verin.

Müraciət etdiyiniz pozisiyaya uyğun qabaqcadan bir yazı hazırlamalısınız. Ümumi müraciət edirsinizsə, bu yazıda hansı sahədə işləmək istədiyinizi bildirməlisiniz.

Klassik kostyumda çəkilmiş fotonuzu əlavə etməlisiniz. Feysbuk fotonuz öz yerində daha gözəldir. Bulanıq, arxa planı qarışıq fotolar əlavə etməyin.

Elektron ünvanınıza xüsusi fikir verin, ad və soyaddan ibarət olan, ciddi, asan elektron ünvan istifadə etməlisiniz.

 

Karyera Hədəfi

Müraciət etdiyiniz pozisiyaya uyğun bacarıqlarınızı təsvir edən, özünüzü tanıda biləcək və məqsədinizi göstərən çox qısa bir paraqraf yazmalısınız.

 

Şəxsi Məlumatlar

Adınızı, ünvanınızı, telefon nömrənizi və e-mail adresinizi CV-nin əvvəlində mütləq  yazılmalıdır. Doğum tarixi, doğum yeri, mədəni vəziyyətiniz tipli  məlumatlar mütləq yazılmalıdır.

 

Təhsil haqqında məlumatlar

Məzunu olduğunuz təhsil qurumlarını tərs xronoloji sırayla yazmalısınız. Təhsil alarkən aldığınız dərəcələri, mühüm uğurları və transkriptinizi göstərə bilərsiniz. Yeni məzun olmusunuzsa, bu hissə başda olmalıdır. Amma iş təcrübəniz varsa, bu məlumatları iş təcrübəsi hissəsinin altına yaza bilərsiniz.

 

İş  təcrübəsi

İş və təcrübənizi də tərs xronoloji sıra ilə yazmalısınız. İşlədiyiniz yerdəki pozisiyanızı bildirərək hər birinin altına öhdəliklərinizi və ümumi gördüyünüz  işləri qısaca sıralamalısınız. Uğurlarınızı xüsusilə vurğulamalısınız.

 

Bacarıqlar:

Bildiyiniz xarici dilləri və kompüter proqramlarını göstərə bilərsiniz. Bir neçə proqram ya da xarici dil bilirsinizsə, hansı səviyyədə bildiyinizi də əlavə edə bilərsiniz. Bundan əlavə, müraciət etdiyiniz pozisiyaya uyğun yazılabiləcək bacarıqlarınızı yaza bilərsiniz. Əgər pozisiya üçün lazımdırsa, əlavə məlumat başlığı altında sürücülük vəsiqənizin olduğunu göstərə bilərsiniz.

 

Kurslar/Sertifikatlar

Qoşulduğunuz  peşə kurs sertifikatlarını uygun başlıqlar altında bildirə bilərsiniz.

Universitetdən məzun olmadan CV-nizi hazırlayın, məzun olacağınız tarixi mütləq bildirməlisiniz. Unutmayın ki, sosial media profiliniz də dəyərləndirilir. Artıq namizədlər işverənlər tərəfındən sosial mediada da izlənilirlər. Sosial mediadan istifadə etməklə, kariyeranız üçün avantajlar əldə edə bilər, qoşulduğunuz tədbir və seminarlarla profilinizi zənginləşdirə bilərsiniz. Bunu edərkən yalan və lazımsız məlumatlardan uzaq durmaq vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir