xiyar

Duzlu xiyar istəyirsinizsə, bədəniniz bunu TƏLƏB EDİR

Baxış sayı: 673

“Belə istəklər qanın mineral tərkibinin pozulmasının nəticəsi ola bilər. Bu, bədəndə həddindən artıq maye itirilməsi nəticəsində baş verir. Solğun dəri, çəkinin azalması, şiddətli yorğunluq, enerji çatışmazlığı və iştahsızlıq görünürsə, narahat olmağa dəyər”.

Bu sözləri həkim Dmitri Rayevskin turşu xiyarın insan orqanizminə təsiri barədə danışarkən deyib.

O bildirib ki, duzlu məhsullara qarşı istək müəyyən xəstəliklərin əlamətləri sayılır:

“Duza olan sevgi stress və ya ağır yorğunluqla izah edilir. Və təbii ki, duzdan ən çox hamilə qadınlar istifadə edir. Çəhrayı duzda ən azı 25 faydalı üzvi element var. O həzmi və iştahı yaxşılaşdırır, bağırsaq hərəkətliliyini artırır, qaz əmələ gəlməsini aradan qaldırır”.

Həkim gün ərzində itirilən mayenin bərpa olunmasını da qeyd edib. Onun sözlərinə görə, hər kiloqram bədən çəkisi üçün 30-40 ml su hesablanmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir