Duzun zərərləri
16 yaşından yüksək 2267 nəfər üzərində araşdırma ilə məlum olub ki, hazır qidaların demək olar hamısında insanın ehtiyacından daha çox duz mövcuddur. Britaniya Ərzaq Standartları Agentliyinin araşdırması ilə həmçinin ən çox duz olan qidalar isə çörək, ət və səhər yeməyi ləvazimatlarında olduğunu aşkara çıxarıb.
Normal bir insanın gündəlik duz tələbatı əslində 5 qram olmalıdır. Ancaq araşdırma zamanı məlum olub ki, marketlərdən qida alan insanlar ortalama olaraq 18 gram duz qəbul edirlər. Bu da həkimlərin tövsiyəsindən 3,5 qat çoxdur.
Mütəxəssilər bir çox xəstəliklərin xüsusi ilə də ürək damar xəstəliklərinin və kollestrolun yaranmasında ən böyük səbəb olaraq duzu göstərir. Duzdan istifadə mədəniyyətini ailələrdən gəldiyini bildirən həkimlər xəstəliklərin qarşısını almaq üçün xəbərdarlıq edir. Əgər evdə valideynlər nə qədər az duzdan istifadə edərsə uşaqlar da onlara baxıb duzdan az istifadə edərlər.