enerji ickileri

Enerji içkiləri ilə mübarizəni effektsiz edən səbəblər

Baxış sayı: 1. 082

Azərbaycanda uzun müddətdir ki, enerji içkilərinin satışına qadağanın qoyulması, qiymətinin bahalaşdırılması və digər bu kimi istiqamətlərdə müzakirələr gedir. Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında da məsələ bir daha müzakirəyə çıxarıldı. Çıxış edən deputat Qənirə Paşayeva enerji içkilərinin zərərlərindən danışdı. Xanım deputat enerji içkilərinin geniş yayılmasından narahatlığını ifadə etdi.

Bu zaman iclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu təsdiqlədi.  OO bildirdi ki, bu məsələ ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması vacibdir. “Keçən dəfə bir məktəbdə idim. Gəlib mənə sual verirdilər ki, Ziyafət müəllim, enerji içkil2əri niyə ziyandır?”

Z.Əsgərov ardınca bir daha bildirdi ki, enerji içkilərinin ziyanlı olması haqqında maarifləndirmə işləri aparılmalıdır.

Deputat Musa Quliyev də televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif etdi. Deputat bildirdi ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir.

Onun sözlərinə görə, energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir: “Bütün dünya bununla bağlı həyacan  təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir”.

Qida Təhlükəsizliyi Agentliyi ile ilgili görsel sonucu

Bəs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu barədə hansı işləri aparır?

Əvvəlcə qeyd edək ki, araşdırmamız nəticəsində öyrəndik ki, son zamanlar Bakı marketlərində enerji içkilərinin çeşidlərində artım müşahidə edilir. Bazara yeni gətirilən enerji içkilərinin 1 bankasını hətta 60 qəpiyə də almaq mümkündür.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirildi ki, onlar normativ aktını tərtib edib, müvafiq qurumlara təqdim ediblər:

“Enerji içkilərindən normadan artıq istifadə orqanizmin daxilində kəskin zərərli mühit yaratmaqla, toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə gətirib çixara bilir. Həmin içkilərin digər qaçılmaz mənfi cəhəti isə asılılıq yaratmasıdır. Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.

Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib.

enerji içkiləri ile ilgili görsel sonucu

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Hazırda agentlik tərəfindən bununla bağlı normativ sənəd hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib”.

Məlumat üçün bildirək ki, enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən qida məhsuluna deyilir.

İlk dəfə 1929-cu ildə xəstəxanada dərman kimi istifadəsinə başlanan enerji içkiləri  zaman keçdikcə enerjini bərpa edən qida məhsulu kimi reklam olunmağa başlandı. Yaponiyada 1960-cı ildən satılmağa başlanan bu içki, qısa müddət sonra hamının istifadə edə biləcəyi enerji içkisi kimi tanıdıldı. 2000-ci illərin sonunda Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində güc artıran qida məhsulu kimi istifadə olunur.

Enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida 2əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:

– Məhsulu alarkən onun tərkibi ilə tanış olun.

– Enerji içkilərinin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur.

– Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır.

– Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.

Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər.

Eyni zamanda enerji içkilərinin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.

 

Əli RAİS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir