ICKI

Ləzzətlə içdiyinizin fəsadları: Aritmiya, infarkt, insult, huşsuzluq

Baxış sayı: 346

Enerji içkilərinin reseptini yapon istehsalçıları ötən əsrdə işgüzar rəhbərlər üçün icad ediblər və indi enerji içkiləri reklamlarda gündəlik istehlak içkiləri kimi yerləşdirilib. Lakin onlar həm zərərli, həm də asıllıq yaradırlar.

Bu sözləri hüceyrə bioloqu Aleksandr Sozıkin deyib. Energetik içkilərin təsirindən söz açan eskpert vurğulayıb ki, gündə enerji içkilərinin qəbulu norması 0,5 litrdən çox deyil. Üstəlik, bu içkilərin gündəlik içilməsi üç, yaxud altı ay sonra asılılıq yarada bilər ki, bu da patoloji asılılığa çevrilə bilər.

“Yüksək dozada enerji içkilərindən müntəzəm və nəzarətsiz istifadənin nəticələri üzücü ola bilər. Dünyanın müxtəlif ölkələrində həkimlər həyəcan təbili çalır ki, enerji içkilərindən istifadə aritmiya, infarkt, insult, gözlənilmədən huşun itirilməsi və qəza nəticəsində ölüm hallarının, həmçinin mədə xorası xəstəliklərinin artmasına səbəb olur”, – həkim bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir