“Gencaile.az” saytında sizə mətbəx nümunələri təqdim etmək ənənəsini davam etdiririk. Bu gün sizə ev şəraitində karameli hazırlamaq qaydasından bəhs edəcəyik.
İnqrediyentlər
30 qr yağ
75 qr şəkər tozu
120 qr yağlı qaymaq
1 paket vanilin
Hazırlanma mərhələsi
Divarları qalın qazan qızdırılır, içinə şəkər tozu tökülür, orta odda əridilir, vaxtaşırı qarışdırılır ki, yanmasın.
Şəkər tozu kəhrəba rəngində olmaldır.
Qaymaq yaxşı qızdırılır (qaynatmaq olmaz!).
İsti qaymaq əridilmiş şəkərin içinə qarışdıra-qarışdıra tökülür.
Yumşaldılmış yağ və vanilin əlavə edilir, yenə yaxşı qarışdırılır.
Hazır karamel soyuducuda saxlanılır.