Ev təmizliyi vaxt keçdikcə təcrübə işinə çevrilir. Bu təcrübə bəzən davam etdiyimiz və fərqinə varmadığımız xətalardan ibarətdir. Etdiyimiz bu xətalar evi təmizləmək əvəzinə daha da çirkləndirir.
Bu xətalar aşağıdakılardır:
Hər yeri eyni parça ilə təmizləmək
Ən çox edilən səhvlərdən biridir. Mətbəxi təmizlədiyimiz parçla ilə ev tozu almaq, hamam təmizlədiyimiz parça ilə qapıları silmək doğru deyil. Lakin bəzən eyni parçanı yuyaraq fərqli yerlərdə istifadə edirik. Yumaq onun tərkibindəki bakteriyaları təmizləmir. Ona görə də hər bölgəni öz parçası ilə təmizləmək lazımdır.
Əvvəlcə evi süpürüb sonra toz almaq
Təmizlik ardıcıl edilməlidir. Əvvəl tozlar alınmalı sonra yer silinməlidir. Çünki digər işlərdi gördükdə yerlər yenidən toz olur.
İşləri ardıcıl görməmək
Biraz mətbəxi, biraz da hamamı təmizlədikdən sonra şüşələri silmək yaxud toz almaq yanlış olmasada, düzgün sıralama deyil. Düzgün bir plan qurub hər otağı təmizləyib bitirdikən sonra digər otağa keçmək lazımdır. Yaxud bütün otaqların şüşələrin silmək, yerlərin silmək kimi bir plan qura bilərsiniz.
Uzun müddət təmizlənməmiş yerlərin üzərindən bir dəfə keçmək
Uzun müddət təmizlənməmiş yerlər məsələn, pəncərə kənarları, şüşələr, qazın üzəri daha çox kirlənirlər. Xüsusi ilə şüşələri bir dəfə silmək onları təmizləmir. Belə yerləri təmizləməmişdən əvvəl əvvəlcə bir təmizlik bezi ilə təmizlədikdən sonra təmiz bez ilə 2-ci dəfə silmək daha məqsədə uyğundur.