Payiz

Payız yorğunluğundan bu üsulla xilas olun

Baxış sayı: 237

Ən azı yeddi saat sağlam yuxu və düzgün qidalanma payız yorğunluğuna qalib gələ bilər. Bu tələblərə riayət etməyiniz gün ərzində özünüzü gümrah saxlamağa yetər.

Bu sözləri Sankt-Peterburq telekanalının efirində həkim Viktoriya Dekkanova deyib. Mütəxəssisin fikrincə, səhər yeməyinə diqqət yetirməyə dəyər, o, balanslı olmalı və tərkibi sadəcə karbohidratlardan ibarət olmalı deyil.

“Tək yulaf çox da sağlam deyil. Əgər insanlar onu çox sevirlərsə, zülal və ya yağlar əlavə etmək lazımdır. Məsələn, yağ mənbəyi kimi sürtgəcdən keçirilmiş bərk pendir əlavə edin. Sıyığa kərə yağı, yaxud bir yumurta əlavə edə bilərsiniz” , – terapevt qeyd edib.

Həkim əlavə edib ki, səhərlər yulaf əvəzinə qarabaşaq yarması da yeyə bilərsiniz, çünki tərkibində yüksək protein var. Dekkanova onu da vurğulayıb ki, əgər yuxudan oyananda yemək istəmirsinizsə, mütəxəssisə müraciət etməlisiniz. Bəzən də yatmazdan əvvəl həddindən artıq yediyimiz üçün səhərlər aclıq hissi yox olur. Odur ki, axşam yatmazdan dörd saat əvvəl yemək tövsiyə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir