Ərzaqlar:
Limon – 2 ədəd
Portağal – 1 ədəd
Şəkər tozu – 5-6 x/q.
Hazırlanması:
Limonu və portağalı sıxıb, şirəsini çıxardın. İçərisinə qurudulmuş limon və portağal qabığını əzib tökün. Üstünə 700 ml. su və şəkər tozu əlavə edib, yaxşıca qarışdıraraq, bir gecə sərin yerdə saxlayın. Səhəri gün daha bir xörək qaşığı şəkər tozu əlavə edib, qarışdırın və süzün. Soyuducuya qoyub, bir neçə saat saxladıqdan sonra içərisinə qazlı su töküb, süfrəyə verin.