duz

Artıq duzunuz var? – HƏKİM DANIŞIR

Baxış sayı: 419

Mütəxəssislər insan orqanizmi üçün təhlükəsiz duz istehlakının gündə təxminən 5 qram xörək duzu olduğunu iddia edirlər. Amma hazırda insanlar arasında real istehlak gündə təxminən 12 qramdır.

Hamımız bilirik ki, artıq duz sağlamlığa zərərlidir. Şişkinlik, nəfəs darlığı və hətta koqnitiv dəyişikliklərə səbəb ola bilir.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, insan çoxlu duz qəbul edərsə, qanda osmotik konsentrasiya artır, bu da orqanizmdə su yığılmasına səbəb olur. Artıq maye çətin xaric olunur, bu da suyun toplanmasına səbəb olur. Arterial və venoz damarlarda yaranan problemlər baş ağrısının əsas mənbəyinə çevrilə bilər”,-deyə ekspertlər izah edirlər. Həmçinin nəbz arta bilər, təzyiq yüksəlir.

Nermine Abbasova

 

Mütəxəssis bildirir ki, duz arterial hipertenziya və müxtəlif ürək-damar xəstəliklərinin inkişafı ilə əlaqəli bir amildir. Bədənin duz qəbuluna necə kəskin reaksiya verdiyini başa düşmək üçün üç gün ərzində natrium xloridi pəhrizdən tamamilə çıxarmaq lazımdır. Bu zaman təzyiqdə, bel və omba çevrəsində və başqa dəyişikliklərin olub-olmaması üzə çıxır. Bu pəhriz dəyişikliyindən təsirlənməyən insanlar çox az olur.

“Əgər təzyiqin azaldığını, şişkinliyin getdiyini görsək, belə bir insanın duzu məhdudlaşdırmasının mənası var”, -deyə Nərminə Abbasova bildirir.

Ekspert izah edir ki, “faydalı duz” da var – bu hiposodyum duzudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir