evden is

Evdən, ofisdən və ya hibrid işləmək – hansı daha faydalıdır?

Baxış sayı: 505

2020-ci ildə ortaya çıxan COVID-19 pandemiyası dünyanın əhəmiyyətli bir hissəsinin ofislərdən uzaqlaşmasına və evdən iş sisteminə keçməsinə səbəb oldu. Pandemiyanın təsirləri aradan qalxsa da, bəzi şirkətlərdə bu iş sistemi davam etdi. Yeni bir araşdırma, məlum olanın əksinə, evdən işləməyin daha az məhsuldar olduğunu ortaya qoydu. Tədqiqata görə, uzaqdan işləyənlər ofisdəkilərdən 18 faiz daha az məhsuldardırlar.

Massaçusets Texnologiya İnstitutu (MIT) və ABŞ-ın Kaliforniya Universiteti bu sistemlə bağlı yeni araşdırma aparıb. Tədqiqat uzaqdan işləmənin məhsuldarlığa təsiri ilə bağlı əks nəticələr çıxardı. Tədqiqatda 235 nəfərdən ibarət iki qrup 8 həftə ərzində öyrənilib. Tədqiqatda iştirak edən işçilər olan bu qruplardan biri evdən, digəri isə ofisdən işləyib Yazma sürətinin nəticələrinə görə, evdən işləyənlərin ofisdən işləyənlərə nisbətən 18 faiz daha az məhsuldar iş gördüyü müəyyən edilib. Ofisdə işləyənlər saat 9.00- 17.00, evdə olanlar isə cəmi 35 saat işləyiblər. Evdən çalışanlar nə vaxt işləyəcəklərini seçə bilirdilər.

Araşdırma daha az məhsuldar insanların daha çox evdən işləmə sisteminə üstünlük verdiyini ortaya qoydu. Professor David Atkin deyir ki, bu insanlar daha az məhsuldar olduqlarını bilsələr də, evdən işləməyə üstünlük verirlər. Çünki onların uşaqlarına baxma kimi evdə olmalarını tələb edən vəziyyətlər ola bilər. Bu tələblər də onların diqqətini yayındıra bilər.

Atkinin fikrincə, hibrid iş sistemi həm ofisdə səmərəliliyi əldə etmək, həm də evdən işləmək istəyini reallaşdırmaq yoludur. Müəyyən günlərdə ofisə gəlməyi tələb edən hibrid iş sisteminin bu gün çox populyarlaşdığını bilirik. İndi bir çox şirkət tamamilə evdən və ya ofisdən deyil, bu sistemə üstünlük verir.

Bəzi əvvəlki araşdırmalar göstərir ki, evdən işləmək iş/həyat balansını yaxşılaşdırır, məhsuldarlığı artırır və işçiləri daha xoşbəxt edir. Lakin yeni araşdırmalar göstərir ki, bu, doğru olmaya bilər.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir