“Evdə tək” filminin ulduzu Makoley Kalkin və atası Kit Kalkin yenidən gündəmə gəlib.
“Gencaile.az”ın “axşam.az”-a istinadən verdiyi məlumata görə, Kitin mənəvi qızı Taliya Beyker Fuks 70 yaşlı qocanın yenidən insult keçirdiyini, yerimək və danışmaqda çətinlik çəkdiyini bildirib.
Taliya deyir ki, doğma övladları atalarıyla qətiyyən maraqlanmırlar. Xüsusi ilə də, Kit tez-tez Makoleyi xatırlayır. Hər Yeni il ərəfəsində “Evdə tək” filmi efirdə veriləndə atası aktyorun onu axtarmadığına görə çox kədərlənir. Kit xəstələnəndə 20 il bir yerdə yaşadığı Cennet və qızı Taliya onunla maraqlanmağa başlayıblar.
Makoleyin ata və anası onun uşaqkən qazandığı pullar üstündə dava edərək ayırılıblar. Anası Patrisia hazırda Nyu-Yorkda öz yeni ailəsiylə yaşayır. O, keçmiş həyat yoldaşına heç bir pul saxlamadan ondan uzaqlaşıb. Kitin mənəvi qızının sözlərinə görə, bahalı iynə-dərmanların alınmasında onlar Patrisiadan bir qəpik də istəməyiblər.
Qeyd edək ki, “Evdə tək” filmiylə dünya səviyyəsində böyük uğur əldə edən Makoley valideynlərinin acgözlüyünün qurbanı olub. İlk filmlərdən 50 milyon dollardan çox qazanan gənc ulduzun atası rejissor və prodüsserdən tələb edir ki, filmin növbəti hissələrində onun digər uşaqları da çəkilsin. Lakin kino şirkəti bununla razılaşmır.
İllər keçdikdən sonra həqiqəti öyrənən Makoley atasının bu hərəkətini ona bağışlamadığı üçün ailəsindən uzaqlaşıb və indiyə qədər də hirsi soyumayıb. Aktyorun son illərdə səfil və depressiv vəziyyətdə yayılan görüntüləri də atanın daha çox qınanılmasına səbəb olub.
Aktyorun fanatları, ailənin dostları elə fikirləşirlər ki, Kiitin bu hərisliyi olmasaydı, Makoley Kalkinin taleyi tamam başqa cür ola bilərdi.