Facebook

2015-ci ilin ilk statusları – TANINMIŞLAR NƏ YAZIB?

Baxış sayı: 3. 020

Təqvim dəyişikliyi, təbii olaraq, vərdişlərimizə təsir etməyib. Bir neçə gün öncə  – 2014-cü ildə olduğu kimi, bu gün də – 2015-ci ildə də “Facebook” həyatımızın mühüm elementi olaraq qalır. Hamı kimi tanınmışlar da hər gün, bəziləri isə gündə bir neçə dəfə bu sosial şəbəkəyə baş çəkir, nələrsə yazır, nələrsə paylaşır.

Maraqlı ola biləcəyini nəzərə alıb, onlardan bəzilərini bir araya toplamışıq, buyurun:

Millət vəkili Sahib Alıyev bayram təbriki yazıb və bu təbriki lətifə ilə başlayıb:

–         İki dost yanvarın birində zəngləşirlər. Biri o birindən soruşur ki, bayramı necə keçirdin, yaxşı şənlənə bildinmi? Cavab: bilmirəm, hələ çəkilənləri görməmişəm baxıb deyərəm. Ümid edirəm ki, bütün dostlar hələ də bayram gecəsinin xoş təsiri altındadırlar və dünən nələrin olub-bitdiyini xatırlamaq üçün lətifədə deyildiyi kimi videoya baxmağa ehtiyac duymayacaqlar. Bir daha hər birinizi təbrik edir, yeni ilin hamımız, bütün azərbaycanlılar üçün uğurlu-xeyirli olmasını diləyirəm!

Başqa bir millət vəkili Fazil Mustafa isə sumqayıtlılara göz aydınlığı verib:

–         Tanımadığım bir jurnalist qardaşımız zəng vurub soruşur ki, ilin ən yadda qalan hadisəsi hansıdır? Cavab verirəm ki, ilin ən yadda qalan hadisəsi Sumqayıt İcra başçısının sahibkarlara məcburi şəkildə bir kilometrlik tort hazırlatmamasıdır. Bir vaxt Gəncəliləri bu mənasız addımı ilə boğaza yığmişdı, neçə illərdir Sumqayıtlılar da izahını tapa bilmirlər ki, bu ideya adamın ağlına haradan gəlib. Şükür ki, bu il Sumqayıtlılar Yeni ili bir az daha rahat keçirəcəklər. Allah bütün sumqayıtlılara və millətimizə səbr versin!

Tarixçi Altay Göyüşov böyük iqtisadçıdan iqtibas gətirib:

–         Fransanın hal hazırda böyük iqtisadçılarından sayılan, EHESS-in professoru Thomas Piketty ölkəsinin məşhur Şərəf Legionu ordenindən imtina edib. Piketty deyib ki, kimin şərəfli olmasını hökumət niyə müəyyənləşdirməlidir ki?!

P.S. EHESS-də ən azı 7-8 seminarda mühazirə oxumuşam, hal hazırda daha 4-ü üçün keçən ildən dəvətliyəm, amma hələki nə vaxt reallaşdırmaq imkanım olacağını bilmirəm.

Maraqlı tarixi var bu məktəbin. Buranı başqa bir ali məktəbdən ayrılan solçu professorlar təşkil edib.

Pikettynin bu il çıxan kitabı böyük marağa səbəb olub.

ANS-in aparıcısı Şəbnəm Xeyrulla isə dövlət televiziyasının ənənəsinə ironic yanaşıb:

–         Dövlət televiziyasının dəyişilməz adəti: Yeni il daxil olan kimi Zeynəb Xanlarova oxumalıdır. Evdəkilər də məhz buna görə kanalı çevirdilər AZTV-yə. Sağ olsunlar, bu il də gözlərini yolda qoymadılar.

Yazıçı Günel Mövlud isə sevgili axtarışından bəhs edib:

–         Yeni ildə özümə sevgi arzu eləyirəm. Kimsə mənə vurulsun, sevsin, əzab çəksin, mesaj yazsın, tez-tez görmək istəsin, kədərli mahnılar paylaşsın, dəli olsun, addım-addım izləsin, görüşməyə bəhanə axtarsın. İlk görüşdə nə geyindiyimi xatırlasın, görüşümüzün tamam olan hər ayını qeyd eləsin. Sürprizlər eləsin, şampan partlatsın. İnboxa yazsın, telefona yazsın, emailə yazsın, poçtla yazsın. Ağlasın, keyfiyyətini itirsin, içsin, sərxoş olub küçədə yatsın. Axırda da intihar eləsin.

Teleaparıcı Elçin Əlibəyli daha lirik notlara köklənib və poeziyaya müraciət edib:

–      Yeni ildə təqvim də,
hər şey də yenidir,
bircə sən yoxluğunla yeni deyilsən,
olduğun kimi,
olmadığın kimisən.
illər dəyişdi,
yanımda deyilsən…

Teleaparıcı Aytən Səfərova isə düşdüyü qəzanın həyəcanını bölüşüb:

–      Zəncirvari qəzaya düşdüm. Mən və daha 3 maşın hamısı yararsız. 100 m aralıda keçid ola-ola, yolu düzgün yerdə keçməyən c.ndıra görə (ifadəmə görə üzr istəyirəm, amma bu, ona verdiyim ən mədəni addir)!!! Bu boyda maddi ziyana düşdü hamı… o isə əlini cibinə qoyub rədd olub getdi. Niyə bizdə piyada məsuliyyətə cəlb olunmur?! Niyə o, maşınları düzeltdirməməlidir?! Sonra vurub mitilini tullayanda da bütün nəsli düşür sürücünün üstünə… qanunlarda da ki, boşluq yox e, deşiklər doludur.

Keçmiş teleaparıcı Məhsəti Şərif isə pozitiv ruhda köklənib:

–      Bayramda FB əla olur. İnsanın ürəyi açılır. Hamı pozitiv, sevgi dolu…ürəyim açıldı…

“Teleqraf” qəzetinin baş redaktoru Taleh Şahsuvarlı siyasi ambisiyalarından yazıb:

–      2015-ci ildə ata biləcəyim addımlardan biri BAXCP sıralarında və rəhbərliyində təmsil olunmaqdır. Yəqin ki, yaz aylarında bu barədə son qərarımızı verəcəyik. Sadəcə, jurnalist kimi tərəfsiz olmam gərəkir deyə qərar verə bilmirəm bir vəchlə…

Radio aparıcısı Əzizə İsmayılova da televiziyalardan şikayətlənib:

–      Yeni ildə ölkə kanallarında bayram hazırlığına baxmaq istədim. Əksərində kinodu. Elə indicə “Space”də həmişə olduğu kimi toydu. İTV-də bir xanım, sözlərini tələffüz edə bilmədiyi rus dilində mahnı oxuyur və hopstop oynayır. AzTV-yə baxıram. Aparıcı hansısa bir bəyə sual verib. O cavab verir, amma operator aparıcıya tuşlanıb qalıb. Müsahibin ancaq əlindəki mikrofonun yarısı görünür. Nəhayət, aparıcı xanım deyir ki, oxuyur Şölə Səfərəliyeva. Amma səhnəyə çıxır Elza Seyidcahan. Bu da bu…

“Qafqazinfo.az”-ın əməkdaşı Gunel Ebilova isə şablon mesaj mülliflərinin əməyinu qiymətləndirib:

– Bayramlarda hazır mesaj hazırlayanların qedrini bilmeliyik.ilbeil sayları azalır.

Telejurnalist İlhamiyyə Rza da şablonçuluğa münasibətini belə dümək mümkünsə, “statusa çəkib”:

–      Dünən bir nəfər mənə standart mesaj göndərib. Adımı dəyişməyi belə unudub. Mənə kişi adı ilə müraciət edib. Amma sağ olsun, gülümsətdi məni. Olur da belə şeylər. Etiraf edim ki, mən də bəzən belə şablonlardan istifadə edirəm, amma mütləq şəkildə nəyisə dəyişirəm, əlavələrimi edirəm. Şablonlar heç vaxt xoş olmur…

Topladı: Vüsal

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir