evlilik

Evləndikdən sonra sevginin bitməsini istəmirsinizsə… – 8 QAYDA

Baxış sayı: 1. 338

Bir göz qırpımında keçən zaman, gündəlik həyat, uşaq baxımı, karyera hədəfləri… Bunlarla başa çıxmağa, həyatla ayaqlaşmağa çalışarkən çox vaxt həyat yoldaşımızı və evliliyimizi arxa plana atırıq sanki.

Edəcəyiniz çox kiçik toxunuşlarla evliliyinizi canlı tutmaq mümkündür. “Gencaile.az” Aile.lent.az-a istinadən  bunlardan bir neçəsini təqdim edir.

Bir-birinizə vaxt ayırın

Evin işlərini bir tərəfə buraxın, uşaqları yatızdırın, həyat yoldaşınızla söhbət edin. Gün ərzində nələr etdiyinizi müzakirə edin. Planlaşdırdığınız şeylərlə bağlı fikrini öyrənin. Ortaq müzakirə mövzularınızı zənginləşdirin.

Sadəcə ikiniz ola biləcəyiniz şəraitlər yaratmağa çalışın

Birlikdə etməkdən zövq aldığınız bir şeylər tapın: tenis oynayın, kinoya gedin, alış-veriş edin, telefon, kompüter və s. kimi əşyaları bir kənara buraxın. Rəqs kursuna gedin, qaçın. Qeyd edək ki, həyat yoldaşlarının bir-biriylə dost olmaları, birlikdə vaxt keçirməkdən zövq almaları evliliyi canlı tutan vacib amildir.

Müəyyən aralıqlarla evliliyinizlə bağlı danışın

Bir-birinizə qarşı nə qədər diqqətcilsiniz, hər iki həyat yoldaşı bu evlilikdə nə qədər xoşbəxtdir, bu evlilik hər ikinizin ehtiyaclarını nə qədər qarşılayır, daha yaxşı olması üçün nə edilə bilər? Bunları açıq şəkildə danışaraq münasibətinizdə ortaya çıxa biləcək problemləri minimuma endirmiş olarsınız. Ağlınızda dolaşan, sizi narahat edən həyat yoldaşınızın xoşlamadığınız davranışını içinizdə saxlayıb deməsəniz, sonra gec olacaq.

Hər zaman baxımlı və təmiz olun

“Artıq evlənmişik, məni bəyənib alıb, bundan sonra onun üçün özəl bəzənib-düzənməmə ehtiyac yoxdur”, – düşüncəsinə qapılmayın. Baxımlı olmaq insanın özünə və qarşısındakına olan hörmətinin göstəricisidir. Şəxsi gigiyenanıza, xarici görünüşünüzə diqqət edin. Cütlüklər belə məsələlərdə nöqsan görəndə bir-birinə rahat ifadə edə bilmədikləri üçün sakitcə uzaqlaşırlar.

Kiçik sürprizlər edin

Həyat yoldaşınızı təəccübləndirin, gün içində gözləmədiyi anda ona romantik bir mesaj göndərin. Sevgili olduğunuz vaxtlarda dinlədiyiniz mahnılardan ibarət disk hazırlayıb ona hədiyyə edin. Romantik masa hazırlayın. İş yerinə çiçək göndərin, çox istədiyi bir şeyi ona hədiyyə alın, məktub yazıb poçtla göndərin. Yoldaşınıza edəcəyiniz kiçik sürprizlərlə onu hələ də düşündüyünüzü və önəmsədiyinizi göstərərək evlilikdəki durğunluğun önünə keçmiş ola bilərsiniz.

Münasibətinizə diqqət edin

Yoldaşınıza sıx-sıx onu bəyəndiyinizi, onunla birlikdə olmaqdan çox xoşbəxt olduğunuzu ifadə edin. Ona təriflər söyləyin. Mübahisə və danışıqlar zamanı sərt ifadələr istifadə etməkdən qaçın. Yoldaşınıza qarşı açıq və səmimi olun. Hər zaman ona qarşı yaxşı davranmaya bilərsiniz. Ancaq belə hallarda da ondan üzr istəməkdən çəkinməyin. Qətiyyən kin tutmayın. Ondan küsməyin.

Hər zaman yanında olduğunuzu ona hiss etdirin

Uğurlarını tərif edin, uğursuzluqlarında yanında olun, üzüntülərində təsəlli edin. Hər məsələdə dəstək göstərin. Ən yaxın dostu siz olun.

Mütəxəssis dəstəyi almaqdan çəkinməyin

Çox problemləriniz varsa, ailə terapevtinə getməkdən çəkinməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir