facebook

“Facebook”un bizimlə keçirdiyi gizli sınaqlar

Baxış sayı: 1. 411

“Facebook” pul qazanmaq üçün təkcə qeydiyyatdan keçmiş istifadəçi sayını artırmır. O, həm də istifadəçilərin aktiv olmasına və əməliyyatlarda iştirak etmələrinə çalışır. Bunun üçün şirkət hansı linklərə “tıklama” ehtimalınızın daha yüksək olduğunu, hansına “tıklama” ehtimalınızın az olduğunu bilmək istəyir.

Bəs “Facebook” bu məlumatları necə əldə edir? Misal üçün, hər gün “Facebook”da etdiklərimizə baxaraq, bəyəndiyiniz səhifələri və paylaşımları analiz edərək və psixoloji testlər təşkil edərək.

İşlər cığırından çıxdımı?

“Facebook”un istifadəçilər üzərində sosial testlər həyata keçirdiyi doğrudur. Bu testlərə özünüz hiss etmədən və könüllü olmadan qatıla bilərsiz. Ancaq “Facebook”un həyata keçirdiyi, amma heç kəsin bilmədiyi testlərin bəzilərini aşağıda sıralayıq.

1. Böyük miqyasda sentimental yoluxma

Tarix: 2012

İştirak edənlər: 689.003

“Facebook”un məlumat emalçıları 690 minə yaxın istifadəçinin xəbər qaynağını manipuliyasiya edərək bəzilərinə pozitiv, bəzilərinə də neqativ güncəlləmələr göstərib.
“Facebook”da gördüklərimizdən hisslərimiz həqiqətən də təsirlənir.

2. Sosial reklamçılıqda sosial təsir

Tarix: 2011

İştirak edənlər: 29 milyon

“Facebook” bu araşdırmada dostlarınız tərəfindən təsdiqlənən reklamların daha təsirli olub-olmadığını araşdırırdı. İstifadəçilərə göstərilən reklamların bir qismi “Əli bunu bəyəndi” kimi işarə ilə təqdim edildi və hansının nə qədər “tıklanıldığı” ölçüldü.

Araşdırmaya görə dostunuzla bağınız nə qədər güclüdürsə linki “tıklama” ehtimalınız da o qədər artır. Bu araşdırmanın gizliliyi pozduğunu demək olmaz.

3. “Facebook” üzərindən emosional paylaşım

Tarix: 2012-ci ildən əvvəl

İştirak edənlər: 151 milyon

Bu testlə “Facebook” emosional halınızın dostlarınıza təsir edib-etmədiyini öyrənməyə çalışırdı. Sosial şəbəkə bunun üçün bir milyon insanın durum yenilənməsinə baxıb və bunların pozitiv olub-olmadığını təsbit edib. Ardından durum güncəlləmələrinin bu istifadəçilərin 150 milyon dostuna necə təsir etdiyini araşdırıb.

Araşdırmanın aparıldığı üç gün ərzində müəlliflər pozitiv güncəlləmələrin neqativ güncəlləmələri üstələdiyini və ya tam əksinin olduğunu müəyyən etdilər. “Facebook”da pozitiv bir məlumat paylaşdığınızda, 100 dostunuzdan üçü eyni şeyi edirdi (araşdırmaya görə normalda eləmirdilər).

Bu araşdırma zamanı gizliliyimizin pozulub-pozulmadığı mübahisəlidir. İlk maddədəki “Böyük miqyasda sentimental yoluxma” testinin bu testdən doğduğunu söyləyənlər var.

4. “Özünəsenzura”

Tarix: İyul 2012

İştirak edənlər: 4 milyona yaxın

“Facebook” 5 işarədən uzun olan, ancaq 10 dəqiqə içində göndərilməyən hər göndərəni izləyib.

Sosial şəbəkə istifadəçilərin 71 faizinin özünə qarşı senzura tətbiq etdiyini ortaya çıxardı. Əksər istifadəçilər isə məlumatı paylaşmamışdan qabaq düzəliş etməyə üstünlük veriblər.

Bu zaman “Facebook”un gizlilik prinsipini pozduğunu deyə bilərik. Sosial şəbəkənin paylaşdığınız məlumatlardan əlavə paylaşmadığınız məlumatların də qeydiyyatını aparması bəlli olub.

5. Onlayn paylaşımlarda seçim təsiri

Tarix: 2012-ci ildə, iki ay müddətinə

İştirak edənlər: 2 milyon

Araşdırmanın əsas məqsədi alış-veriş düşüncələri ilə bağlı paylaşımın dostlarınızın alış-verişlərinə təsir edib-etmədiyini öyrənmək idi. “Facebook” müəyyən istifadəçilərə xüsusi endirimlər və ödənişsiz xidmətlər təqdim etməyə başlayıb. Təklifi qəbul etdinizsə bu avtomatik olaraq dostlarınızla paylaşılır və ya bunu paylaşmaq təklifi barədə qərar sizin öhdənizə buraxılır. İkinci qrupa istədikləri məlumatı paylaşıb-paylaşmamaqda qərar vermələrini təmin edəcək bir düymə təklif edilirdi.

Araşdırma ortaya çıxardı ki, dost siyahınızdakı bütün dostlarınız təklifi gördükdə sizə daha çox təklif gəlir.

Avtomatik paylaşma düzgün deyil və “Facebook” şübhəsiz ki, bu hərəkəti ilə gizliliyinizi pozub. Araşdırmaya görə istifadəçilərin sadəcə 23 faizinə paylaşma zamanı seçim təklif olunub.

6. Məlumatlarınıza sosial şəbəkələrin təsiri

Tarix: 2010-cu il, yaz və payız dövrləri

İştirak edənlər: 253 milyon (həmin zaman “Facebook”un yarısı)

“Facebook” məlumatlarının necə yayıldığını müəyyən etmək üçün 75 milyon URL-ə “paylaş” və ya “paylaşma” işarəsi əlavə edib. Linklərə xəbər məqalələrindən iş təkliflərinə qədər bir çox şey daxil idi. “Paylaşma” işarəsini daşıyan linklər dostlarınızın xəbər qaynaqlarında görünmürdü. “Facebook”un məqsədi senzura qoyulan məlumata hər hansı bir şəkildə yerini tapıb-tapmadığını anlamaqdı.

Araşdırmaya görə, istifadəçilər dostlarının paylaşdığı bir məzmunu daha çox paylaşırdı (böyük sürpriz). Yenə də araşdırmaya əsasən, uzaq dostlarınız yaxın dostlarınıza görə sizi yeni məlumatlara daha çox məruz qoyurdu.

Bu araşdırma heç şübhəsiz gizlilik prinsipini pozurdu. “Facebook”un bu araşdırma vaxtı nə qədər çox məlumata qəsdən senzura qoyduğu məlum deyil. Sadəcə bu məlumatların əhəmiyyətsiz olduğunu düşünməklə kifayətlənirik.

Nəticə

Yazıda oxuduqlarınız “Facebook”un həyata keçirdiyi gizli sınaqlarından yalnız bir neçəsidir. Üstəlik “Facebook”un belə testlər aparmaq vəzifəsi yoxdur. Yaxşı, bəs “Facebook”un sınaqlarından qorunmaq üçün nə etməli? Problemin həlli yolları arasında “Facebook”dan istifadəni azaltmaq, alternativ “Facebook” tətbiqlərindən istifadə və ya “Facebook”dan istifadənin tamamən ləğvi var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir