qrip

Payız qripindən necə qorunmaq olar?

Baxış sayı: 576

Öskürək, halsızlıq və hərarət varsa, ağla ilk olaraq koronavirus infeksiyasına yoluxmaq gəlir. Havaların soyuması ilə xəstəlik də artıb. Qrip infeksiyasına tez-tez rast gəldiyimiz bu ərəfədə hər kəs qorunmaq üçün bir çox üsula əl atır.

Simptomları bənzər olan qrip və Covid-19-u ayırd etmək heç də asan deyil. Ona görə də bir az öskürən, hərarətimiz qalxan kimi, ağlımıza bu sual gəlir: Covid-19-am, yoxsa qrip? Bunun üçün ancaq test verərək rahatlaya bilərsiniz.

Amma soyuq havada immuniteti qaldırmaq öz əlimizdədir. Soyuqdəymədən uzaq olmaq üçün mütləq qidalanmağa diqqət edilməlidir.

Çalışın tərkibində A, B12, B6, C, D və E vitaminləri olan qidalar yeyin. Bunları dərman kimi də qəbul edə bilərsiniz. Ən çox kivi, nar, qırmızı meyvələr, mandalin, portağal kimi meyvələr yeyin.

Hər gün tərəvəzlərdən ibarət yeməklər hazırlayın. Məsələn, payızda ispanaq, brokolli, kərəviz, soğan, sarımsaq immunitetinizi qaldıracaq.

Soğan və sarımsaq antibiotik özəlliyə sahibdir. Orqanizmin infeksiyaya qarşı mübarizəsini artırır. Qatıq, süd də payızda qida rasionunuza daxil edilməlidir.

Zəncəfilli çay içməyi unutmayın. İçərisinə bal əlavə etsəniz daha yaxşı olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir