Yayın gəlişi ilə çoxumuz qarderobumuzu dəyişirik. Əgər bu dəyişiklik üçün sizə ilham yeri lazımdırsa, o zaman fransız qadınlarının qarderobuna müraciət edə bilərsiniz. Belə ki, onların geyimləri romantika və rahatlığı, mükəmməl silueti və cari tendensiyaları özündə birləşdirir.
Beləliklə, romantika şəhəri olan Paris qadınlarının qarderobundakı vacib 5 geyimi təqdim edirik:
Sadə qara don
Qara rəng çox isti hava üçün uyğun olmasa da, temperatur imkan verdikcə, geyilə bilər. Buna görə də belə bir model qarderobda mütləq olmalıdır. Qeyd edək ki, burada “Coco Chanel”in göstərişli və kiçik qara paltarlarından söhbət getmir. Fransız qadınlarının üstünlük verdiyi sadə kətan və ya atlazdan hazırlanmış midi və maxi uzunluqda müasir modellər nəzərdə tutulur.
Uzunqol mini don
Dəbdə bir tarazlıq qaydası var. Mini uzunluqda geyinirsinizsə, paltarı vulqara çevirəcək dərin dekolte və digər detallardan imtina etmək məsləhətdir. Fransız qadınları bunu çox gözəl bilirlər. Onlar uzun qollu qısa paltarlar geyinirlər və bununla da heyrətamiz görünürlər. Paltarın qolları həcmli də ola bilər. Belə modellər ilin tendesiyaları arasındadır.
“Plaid” paltarlar
Fransız üslubu ilə əlaqəli bir çox klişe var. Amma onlardan biri həqiqətən doğrudur. Bu da plaid geyimlərdir. Bəli fransız xanımları plaid paltarları çox sevirlər. Yayda onlar plaid paltarlara və müxtəlif uzunluqda sarafanlara üstünlük verirlər. Ən çox yayılmış palitrası qırmızı və ağ rənglərin birləşməsidir. Amma klassik qara və ağ variantları da seçmək olar.
Slip paltar
Artıq qeyd etmişdik ki, fransız qadınları sürüşkən paltarları çox sevirlər. Belə modellər üçün ən yaxşı mövsüm yaydır. Fransız modaçılarının əsas prinsiplərindən biri məhz elə budur. Kətan və ya atlaz üslubda paltarlar bu qaydaya tam cavab verir. Ancaq sərin bir axşamları nəzərə alaraq üstünə bir nazik jaket və ya köynək götürməlisiniz. Onlar cəlbedici və qadına xas görüntü yaradırlar.
Arxa detalları olan paltarlar
Fransız qadınları detallara xüsusi diqqət yetirirlər. Qalstuklu, kürəyində kəsikli naxışları olan paltardan gözəl nə ola bilər? Onları kombinləmək də çox sadədir. Onlarla sevimli sandallarınızı, pompaları və ya hətta idman ayaqqabılarınızı geyinmək olar. Rəng seçimində yaşıl, narıncı və ya açıq çəhrayı rənglərə üstünlük verməyiniz tövsiyə edilir.