Zumrud Haqverdiyeva

Sosial fobiya nədir? – “SEANS VAXTI”

Baxış sayı: 458

Sosial fobiya – bu, insanın yad insanlarla qarşılaşdığı və ya digər fərdlərin nəzarəti altında olduğu sosial çevrədə,  nəzərəçarpacaq dərəcədə davamlı qorxu kimi müəyyən edilir. Sosial fobiyanın yayılması nə qədərdir? Ən çox rast gəlinən psixi pozğunluqlardan biri olan sosial fobiyanın yayılması 7-12% arasında dəyişir. Məlumdur ki, sosial fobiya daha çox yeniyetməlikdən əvvəlki və orta yeniyetməlik  dövründə müşahidə edilir. Araşdırmalar göstərib ki, qadınlarda kişilərə nisbətən 1,5 dəfə çox rast gəlinir.

 

Sosial fobiyanın əlamətləri hansılardır?

 1) Qızarmaq

2) Ürək döyüntüsünün artması

3) Kəskin tərləmə

4) Mədə-bağırsaq problemlərı,

5) Əzələ gərginliyi

6) Nəfəs darlığı və titrəmə  kimi fiziki simptomları göstərir.

 

Sosial fobiyanın psixoloji əlamətlərinə aşağıdakılar daxildir:

1) Özgüvənsizlik

2)  Utancaqlıq

3) Göz təması qura bilməmək

4) Mövcud mühiti  tərk etmək istəyi

5) Səhv etməkdən qorxmaq

6) Münasibətləri davam etdirə və  ya başlaya bilməmək

7) Sanki bütün insanların diqqətində olmaq kimi  düşünmə

8) Özünü sevilməyə layiq görməmək

 

Sosial fobiyanın səbəbləri nələrdir?

Sosial fobiyanın yaranmasında və davam etməsində valideyn münasibəti mühüm rol oynayır.

1) Həddindən artıq qoruyucu

2) Tənqidi

3) Müqayisəçi

Müxtəlif araşdırmalarda diaqnoz qoyulan şəxslərin ailə tarixi sorğulandıqda bu problemin mövcudluğu müşahidə edilmiş və genetik meylin də təsir göstərə biləcəyi müşahidə edilmişdir.

 

Sosial fobiya hansı əlamətləri vardır?

1) İctimai yerlərdə telefonla danışmaq,

2)Yeyib-içmək zamanı

3) Auditoriya qarşısında çıxış edərək

4) Başqaları tərəfindən izlənilərkən işləmək 5)Tanımadığınız  insanlarla telefonla və ya üz-üzə danışmaq,

6) Yeni insanlarla tanış olmaq,

7) Göz təması kimi vəziyyətlər sosial fobiyaya səbəb ola bilər.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir