resept, mətbəx, tort

Gecə-gündüz tortu – RESEPT

Baxış sayı: 3. 579

Beləliklə, oxucularımızdan birinin göndərdiyi “Gecə-gündüz” tortunun hazırlanma qaydasını sizlərə təqdim edirik:

Tərkibi:

12 yumurta
2 st. (400 q) şəkər tozu
vanil
2 paket qabartma tozu
2 st. un
2 x.q. nişasta
2 x.q. kakao tozu
qoz

krem:

250 q kərə yağı
1 banka qatılaşdırılmış süd

şərbət:

0,5 st. mürəbbə şirəsi
0,5 st. ilıq su

İki xəmir hazırlanmalıdır – açıq və tünd. Buna görə ərzaqları da iki yerə bölün.

Bəyaz xəmir üçün 6 yumurtanı 200 q şəkər tozu ilə ağarınca və həcmi 3 dəfə artınca çalın. 1 st. un, vanil, qabartma tozu, 1 x.q. nişastanı ayrı qabda qarışdırın. Sonra yumurta qarışığına əlavə edib ehtiyatla qarışdırın. Un içində lopa qalmasın.

Bu cür də kremləyə bilərsiniz

Bu cür də kremləyə bilərsiniz

Perqament  döşənmiş siniyə töküb 175-180 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin. İlk 20 dəqiqədə sobanın ağzını açmayın. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. Şəbəkənin üstündə soyudub ortadan iki yerə bölün.

Eyni qayda ilə ikinci xəmiri də hazırlayın. Sadəcə, burada un, qabartma tozu, nişasta və vanilə kakao tozu da əlavə edin. Onu da eyni temperaturda və eyni vaxtda bişirib soyudun, korju iki yerə bölün. 4 korj alınacaq –  iki ağ, iki qara.

Xoşladığınız mürəbbə şirəsini (xəmirin tərkibində kakao olduğu üçün albalı mürəbbəsi ilə şərbət əla dad yaradır) ilıqdan bir qədər isti su ilə qarışdırın. Korjlara hopdurun.

Krem üçün kərə yağını vanil və qatılaşdırılmış südlə çalın.

Korjları ağ və qara olmaqla növbələyərək aralarına krem çəkib xırdalanmış qoz səpməklə üst-üstə düzün (qozsuz da hazırlaya bilərsiniz, istəyə bağlıdır). Kənarlarına və üstünə krem çəkin. Zövqünüzə görə bəzəyin. Aşağıdakı fotolardan yararlana bilərsiniz.

Unutmayın, mehriban ailəmizdə istənilən təam ecazkar dadacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir