AKSESSUARLAR

Geyimlərinizi tamamlayacaq aksessuarlar

Baxış sayı: 984

Gündəlik həyatımızda hər zaman paltarı tamamlayan, imtina edə bilmədiyimiz aksessuarlar var. Bijüteriya seçimində diqqətli olmaq daha qəşəng və gözəl görünməyinizi təmin edir.

Beləliklə, geyimlərinizə daha da gözəllik qatacaq aksessuarları sizə təqdim edirik:

 

Zəncir kəmər

Bu tip kəmərlər diqqəti üzərinizə çəkəcək parçalardandır. Onun parıltısı, işıltısı şalvarlarınıza fərqli bir atmosfer qatacaq.

Çantanıza bağlayacağınız yaylıq 
Çantanıza taxmaq üçün parça və ya ipəkdən hazırlanmış yaylıq kombininizi qəşəng göstərməklə yanaşı, həm də yaradıcılığınızı da ön plana çıxaracaq.

Üst-üstə bilərziklər
Son vaxtlar bir çox zinət əşyaları üst-üstə taxılır. Sizdə sadə bir kombin ilə bu bilərzikləri taxaraq daha cəlbedici görünə bilərsiniz.

Eynəklər
Yay-qış fərqi olmadan bütün fəsillərdə taxa biləcəyiniz gün eynəkləri tərzinizi dəyişməklə yanaşı, göz sağlamlığınız üçün də faydalı olacaq.

Süni dəri şərf 
Şərf deyib keçməyin. Onun naxışı qədər parçası da önəmlidir. Son vaxtlar çox üstünlük verilən dəri şərf idman kombinlərinizi daha da gözəlləşdirəcək.

Broş 
Gödəkçələr, sviterlər, paltolar və köynəklərinizdə broşlardan istifadə edə bilərsiniz. Bu broşlar sadə geyimlərinizi belə daha cəlbedici olmasına kömək edəcək.

Çantalı kəmər
Belə kəmərlər geyimlərinizin dəbli görünməsi ilə yanaşı, lazımlı əşyalarınızı da daşımağa kömək edəcək.

Naxışlı və rəngli çətir
Sizi həm yağışdan qoruyacaq, həm də tərzinizə rəng qatacaq.

Fransız papağı
Bu papaqlar heç vaxt dəbdən düşməyən parçalar arasındadır. Xüsusilə soyuq aylarda istifadə üçün idealdır.

Zəncir boyunbağı 
Belə boyunbağıları sevirsinizsə, rəngli daşla istifadə edildikdə onları taxmağı daha çox sevəcəksiniz. Şəkildəki kimi ağ rəngli köynəklərə çox gözəl atmosfer qatacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir