Göbək yağlarını əridən 10 QİDA

Baxış sayı: 1. 570

İnsanların çoxu arıqladıqlarına baxmayaraq, göbək yağlarından xilas ola bilmədiklərindən şikayət edirlər. Mütəxəssislərin fikrincə, çox zaman göbək yağlarına hər hansı sağlamlıq problemi səbəb olur. Kişilərdə 102 sm, qadınlarda 88 sm və daha çox olan göbək yüksək risk əlamətidir. Ürək xəstəlikləri, diabet, yüksək təzyiq və iflic kimi bir çox problemlərlə əlaqəlidir. Bundan başqa, son zamanlar insanlar arasında çox yayılan unutqanlıq, metabolik sindrom, osteoporoz kimi sümük xəstəlikləri və sütun xərçəngi ilə əlaqəli olduğu da bildirir. Bədəndə yağ toplanması və yayılması əsasən genlə əlaqəli olsa da, insanın fərdi fiziki vəziyyətlərindən də asılıdır. Lakin ümidsiz olmayın. Bel-qarın bölgəsinin yağlanmasını yağ əridən qidaları kompleks olaraq yeməklə aradan qaldıra bilərsiniz.

“Gencaile.az” Aile.lent.az-a istinadən göbək yağlarını və piylərini sürətlə əridən 10 qida haqda məlumatı təqdim edir.

1. Yumurta

Sağlam zülal təchizatıyla möcüzəvi qida olan yumurta bədən üçün lazımlı olan amin turşularını ehtiva edir. Həzm olunması asandır. Əzələlər üçün əhəmiyyətlidir. Uzun müddət tox tutur və yağ yanmasını dəstəkləyir.

2. Avokado

Təbii və sağlam yağlarla yağları yandırmaq mümkündür. Avokadonun tərkibindəki Omeqa-9 yağ turşuları maddələr mübadiləsini sürətləndirir, yağların enerjiyə çevrilməsini dəstəkləyir. Yüksək lif tərkibiylə toxluq hissini artırır, yemək istəyinin qarşısını alır və arıqlamağa kömək  olur.

3. Buğda çörəyi

Gündəlik enerji yanacağının çoxu karbohidratlardır. Sağlam karbohidrat olan tam buğda çörəyi B qrupu vitaminlərlə zəngindir, üstəlik, lif qaynağıdır. Maddələr mübadiləsini sürətləndirir və bağırsaqları işlədir, yağ yandırılmasını dəstəkləyir. Bundan başqa, tam buğda çörəyi ağ çörəyə nisbətən 50 faiz daha çox tox tutur.

4. Acı bibər

Maddələr mübadiləsini alovlandırır. Tərkibində olan kapsaisin maddəsi termogenik təsir yaradır və yağ yandırılmasını sürətləndirir.

5. Süd və süd məhsulları

Xüsusilə az yağlı süd və süd məhsulları yağ yandırılmasını yüksək dərəcədə dəstəkləyir. Kalsium və zülal baxımından zəngindir. Gündə 2-3 boşqab az yağlı süd və süd məhsulları yesəniz, həm də sağlam arıqlayarsınız.

6. Qəhvə

Enerji xərcləməsini artıran qəhvə maddələr mübadiləsini sürətləndirərək, arıqlamağa kömək olur. Gündə 2-3 fincan qəhvəsi və ya digər qəhvələri içsəniz, yağ yandırılmasını təmin edərsiniz. Bu həm də çəkinizin azalmasına kömək olacaq.

7. Yulaf

Liflə zəngin səhər yeməyinin baş tacı yulafdır. Lif tərkibli olduğu üçün tox tutur və həzminin uzun müddət davam etməsi yağ yandırılmasına kömək olur.

8. Qreypfrut

Qan şəkərini tənzimləyir. C vitamini tərkibli olması detoks təsirli və sidikqovucudur. Yağ yandırılmasını dəstəkləmək məqsədilə gündəlik nizamlı olaraq qreypfrut yesəniz, arıqlamağınıza da kömək olar.

9. Badam

Zülal qaynağı və doymamış yağlarla zəngin olan badam yağ yandırıcı xüsusiyyətə malikdir. Daimi və gündəlik 5-6 ədəd badam yemək qarın-bel ətrafını incəltmək üçün yararlıdır. Bundan başqa tərkibindəki Omeqa-3 yağ turşularıyla ürəyi də qoruyur.

10. Darçın

Darçın qan şəkəri tarazlığını təmin edir, şirnniyyat istəyini azaldır. Qan şəkəri nizamlandıqda bədəndə yağın depolanmasının qarşısını alır və yanmasını dəstəkləyir.

Sonda əlavə edək ki, təbiətin sizə bəxş etdiyini yeyin, boşqabınıza nəzarət edin, işlənmiş qidalardan uzaq durun və bunları həyat tərziniz olaraq mənimsəyin. Beləcə, həm müvəffəqiyyətlə arıqlayarsınız, həm də ruhən və fiziki baxımdan sağlam həyat yaşamanızı təmin edərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir