Arıqlamaq istəyənlər mütləq oxusun!

Baxış sayı: 2. 699

Gün boyu 3 əsas, 2 qəlyanaltıdan ibarət olan bu pəhriz çox uğurlu nəticələr ortaya qoyur. İki uşaq anası olmasına rəğmən, formasını qoruyan Denise Riçardsın əməl etdiyi bu pəhriz bir ayda 12 kilo arıqlamanıza kömək edəcək.

15 gün ərzində yağsız proteinlər, tərəvəzlər, fındıq, az yağlı pendir, süd məhsulları və yumurta yeyəcəksiz.

“Gencaile.az” Aile.lent.az-a istinadən 1 ayda 12 kilo arıqlamanıza kömək edən pəhriz proqramını təqdim edir.

Səhər

150 ml tərəvəz suyu kokteyli

Təzə ədviyyat və göbələklə hazırlanmış qayğanaq

2 dilim təzə vetçina

Kofeinsiz qəhvə və ya çay

Günortadan əvvəl

Bir tikə az yağlı pendir

Günorta

Alma sirkəsi və süzmə zeytun yağlı kahı salatı

Dilim – dilim sobada bişirilmiş toyuq filesi

Qəlyanaltı

1 ədəd xiyarın üzərinə az yağlı inək pendiri sürtüb yeyin

Axşam

Buxarda bişirilmiş brokoli və gül kələmi

Qızardılmış pomidorla qızardılmış bifşteks

İkinci həftə

Səhər 1 kasa meyvəli qatıq

Günortadan əvvəl

1 pors pendir

Günorta

Toyuq salatı ( limonlu, zeytun yağlı və pomidor, xiyarlı )

Qəlyanaltı 1 pors meyvə

Axşam

Qızardılmış ət

Qaynamış tərəvəz

1 kasa yağsız qatıq

Tərəvəz kokteylinin resepti:

30 qr xiyar

30 qr kərəvəz

2 yaşıl kahı yarpağı

1 orta boy soğan

5-6 ədəd içi bibərli yaşlı zeytun

1 pomidor

1 çay qaşığı sirkə

Duz,  istiot

1 çay qaşığı zeytun yağı

Hazırlanması:

Tərəvəzləri yuyun və iri-iri doğrayın. Qaynar duzlu suya batırıb çıxarın və soyuq suyun altına tutun. Kokteyl qabına tərəvəzləri qoyun. Halqa-halqa doğranmış soğan və zeytunları əlavə edin. Üzərinə 1 çay qaşığı ketçup gəzdirin. Bir digər qabda yağ, sirkə, duz və istiotu qarışdırıb salatın üzərinə gəzdirin.

15 günlük müddətdə qırmız ət, balıq, bol miqdarda tərəvəz, yumurta, pendir, fındıq yeyin. Dəniz məhsulları, toyuq, hinduşkanı normal porslarda yeyin. Salatlarınızın üzərinə zeytun yağı da əlavə edin. Axşam yeməyindən sonra şirniyyat yeyə bilərsiz.

Bol su için.

Ciyər, qabırğa, qanad, yağlı ətlər, bud, krem pendir, pəncər, kök, düyü, kartof, yer alması, alma, şaftalı, armud, qreypfrut kimi meyvələr ilk həftə boyunca qadağandır. Çörək, plov, makaron, yulaf və keks kimi nişasta və karbohidratlı yeməklərdən uzaq durun. İlk iki həftə sonunda alma, armud, şaftalı kimi meyvələri gündə bir ədəd yeyin və səhər yeməyinə 1 dilim taxıl çörəyi də qata bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir