Lazımdır olanlar
Sarımsaq – 500 q,
göyəm – 3 kq.,
dəfnə yarpağı – 3 ədəd,
quru nanə – 30 q.,
ətirli istiot – 5 əd.,
qara istiot – 5 əd.,
duz – 2 x. q,
sirkə – 100 q.
Hazırlanması
Göyəm yuyularaq 1-2 yerdən çəngəllə deşilir. Sarımsaq dişləri soyulub təmizlənir. Bankanın dibinə ədviyyat qoyulur, sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə qaynar su tökülür. Banka açıq şəkildə 3-4 saat (su soyuyana kimi saxlanılır). Daha sonra bankadakı soyudulmuş su yenidən qazana boşaldılaraq qaynadılır və qaynaq su ikinci dəfə duz və sirkə ilə birgə bankaya tökülür. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır.
Təqdim etdi: Məsudə Sultan